ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir”


27/02/2014

Litvanın ən nüfuzlu nəşrlərindən biri sayılan “Lietuvos zinios” qəzetinin 25 fevral nömrəsində Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin üzvü Rövşən Rzayevin “Naməlum Xocalı faciəsi” sərlövhəli müsahibəsi dərc olunmuşdur (http://lzinios.lt/lzinios/Pasaulis/chodzali-nezinoma-tragedija/174403) .

Deputat Rövşən Rzayev Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müsahibədə demişdir ki, Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində bəşəriyyət əleyhinə dəhşətli cinayət törədilmişdir və bu cinayətə nəinki beynəlxalq hüquqi qiymət verilməmişdir, üstəlik, bütövlükdə dünyanın bu faciə barədə məlumatı çox azdır. R.Rzayev bildirmişdir ki, “Xocalı” sözü hər bir azərbaycanlı üçün Dağlıq Qarabağda dinc azərbaycanlı əhalinin soyqırımı deməkdir. O, Xocalı soyqırımı barədə ətraflı informasiya verərək, Ermənistanın indiki prezidenti Serj Sarkisyanın sözlərini sitat gətirmişdir: “Biz azərbaycanlılara göstərdik ki, silahsız insanlara hücum edə bilərik”.

R.Rzayev demişdir: “Bu, bizi indiyədək göynədən faciədir. İstəyirik ki, beynəlxalq birlik Azərbaycan xalqına qarşı törədilmiş soyqırımından xəbər tutsun”.

Azərbaycan deputatı əmindir ki, beynəlxalq birlik belə bir soyqırımın müasir dünyada baş verdiyini başa düşmək iqtidarında deyildir. O demişdir: “Lakin tərəqqi var: bu gün Xocalı soyqırımı ABŞ ştatlarının çoxu tərəfindən tanınmışdır”.

Milli Məclisin deputatı jurnalistin “Osmanlı imperiyasında ola bilsin ki, baş vermiş erməni soyqırımı barədə hamının məlumatı var, amma Xocalı barədə heç nə məlum deyil” sualına cavabında bildirmişdir ki, ermənilər guya Birinci dünya müharibəsi zamanı baş vermiş soyqırımından çox danışırlar. Əslində, bu, nə etnik təmizləmə, nə də soyqırımı olub. Buna görə də ermənilər Türkiyə arxivlərindəki materialların beynəlxalq ekspertlərlə birlikdə araşdırılması barədə Türkiyənin təklifindən imtina edirlər.

O demişdir: “Xocalıdan danışanda nəzərə almalıyıq ki, bu faciə SSRİ dağılandan sonra, Ermənistan və Azərbaycan suveren dövlət olduqları bir vaxtda baş vermişdir. Azərbaycan ərazilərində etnik təmizləmə və onların işğal olunması siyasəti də həmin vaxt aparılmışdır. Həmin siyasəti rəhbər tutan ermənilər 1992-ci il fevralın 17-də Dağlıq Qarabağın Qaradağlı kəndində soyqırımı aktı törətmişlər. Bu, ilk addım idi, sonra Xocalıda daha böyük soyqırımı törədildi”.

R.Rzayev vurğulamışdır ki, Azərbaycan dünya birliyinə müraciət edərək, onu Xocalı faciəsinin bir daha təkrarlanmaması üçün orada nə baş verdiyi barədə düşünməyə çağırır. O demişdir: “Biz bu barədə erməni icmasının nümayəndələri ilə də danışmağa çalışırıq, lakin belə başa düşürük ki, onlar gələcək nəsillərin rifahı naminə sülh şəraitində yaşamağı təmin edə biləcək dialoqdan hər vasitə ilə boyun qaçırırlar”.

R.Rzayev “Litvalıların Xocalı barədə yetərincə məlumatı varmı” sualına cavabında demişdir: “Erməni lobbisi hər vasitə ilə bu məsələnin qarşısını alır. Demək olar, buna nail olur. Biz isə sadəcə, beynəlxalq hüquqa söykənən obyektiv beynəlxalq qiymət verilməsini istəyirik”.

R.Rzayev ümidvar olduğunu bildirmişdir ki, bu gün belə bir qiyməti Aİ-nin üzvü kimi məhz Litva verə bilərdi. Məsələn, Almaniya parlamenti artıq bunu etmiş, Azərbaycan ərazilərinin işğalı faktını tanımışdır. Sonuncu fakt BMT-nin üzvü olan bütün ölkələr tərəfindən tanınır. Təəssüf ki, hazırda Avropa parlamentində Xocalı faciəsi barədə konkret məsələlər qaldırılmır.

O demişdir: “Ümidvarıq ki, beynəlxalq məhkəmə nə vaxtsa öz nəticələrini təqdim edəcəkdir, çünki yetərincə sənəd toplanmışdır. Biz Cənubi Qafqazda sülhü bərpa etmək istəyirik. Müasir dünyada orta əsr istilaları barədə fikirlərlə yaşamaq olmaz, gələcək əməkdaşlıq barədə düşünmək lazımdır”.

AzərTAc

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009