ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


03/03/2014


Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində İsrailin müxtəlif guşələrindən olan insanlar bir il əvvəl açılmış “Xocalıya ədalət” fotosərgisinin bağlanış mərasimində iştirak etmək və 1992-ci il fevralın 25-dən 26-na keçən o məşum gecədə əvəzedilməz itkilər vermiş Azərbaycan xalqı ilə həmrəy olduqlarını bir daha nümayiş etdirmək üçün “Şimon Peres Dünya Mərkəzi”nə gəlmişlər.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (“Azİz”) Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi “Xocalıya ədalət” sərgisi ötən il İsrailin 10 şəhərini dolaşmışdır. Sərgi ilə minlərlə israilli tanış olmuşdur. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyatmış və bir daha sübut etmişdir ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini vardır.

Sərginin bağlanış mərasimində daxili işlər nazirinin müavini Faina Kirşenbaum, Knessetin deputatları Yoel Razvozov, Rina Frenkel, Fuad Ben-Eliezer, elmi və yaradıcı ziyalıların, KİV-lərin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov məxsusi olaraq tədbirdə iştirak etmək üçün İsrailə gəlmişdir.

Gecəni “Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açmışdır. Çıxışının birinci hissəsini Xocalı faciəsinə həsr edən Y.Salman ikinci hissədə “Azİz” Assosiasiyasının ötən il gördüyü işlərdən danışmışdır.Yeganə Salman Sofa Landverə və Faina Kirşenbauma, habelə sərginin şəhərlər üzrə bütün təşkilatçılarına minnətdarlığını bildirmişdir.


Sonra “Azİz”in prezidenti Aleks Miller çıxış edərək demişdir: “Bu gün biz bura Xocalı şəhərinin xüsusi amansızlıqla məhv edilmiş dinc sakinlərinin xatirəsini anmağa toplaşmışıq. Dünya bu faciə barədə həqiqəti bilməlidir. Ümidvaram ki, İsraildə bizim, buna bənzər təşkilatların başqa ölkələrdə gördükləri bütün işlər Azərbaycan xalqının ədalətə nail olmasına, sülh və əmin-amanlıq əldə etməsinə kömək edəcəkdir”. A.Miller İsrail və Azərbaycan xalqlarının yaxınlaşması üçün “Azİz” fəallarına minnətdarlığını bildirmişdir.

A.Miller çıxışının sonunda sərgiyə gələnlərin ürək sözlərini yazdıqları “Rəy kitabı”nı təntənəli şəkildə Fuad Muradova təqdim etmişdir.

“Azərbaycan və Ermənistanın dinc yanaşı yaşamasında maraqlı olmayan qüvvələr var”

 

Çıxışında sərgi təşkil etmək ideyasının necə yarandığını xatırlayan Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanın düşdüyü geosiyasi vəziyyət və həmin vəziyyətin günahsız qurbanları barədə həqiqi informasiyanın dünya xalqlarına çatdırılması üçün mümkün olan hər şeyi etmiş Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət” kampaniyasının gördüyü böyük işdən danışmışdır.

O demişdir: “Biz heç nə zəbt etməmişik və başqasının heç nəyi bizə lazım deyildir. Ölkədə milyonlarla qaçqın var və onların yaşaması üçün az-çox münasib şərait yaratmağa yalnız bu yaxınlarda nail olmuşuq. Lakin onların hamısı doğma yurd-yuvalarına qayıtmaq istəyir...

Təcavüzkarlıq və zorakılıq Ermənistana yaxşı heç nə verməmişdir. Bu gün bu respublika müflisləşmək həddindədir. Biz erməni xalqının pisliyini istəmirik. Ona yalnız yaxşılıq və əmin-amanlıq arzulayırıq. Lakin korrupsiyaya qurşananlar və təcavüzkarlar Ermənistanda hakimiyyət başında olduqca, xalqın rifahı və Azərbaycan xalqı ilə sülh böyük sual altındadır. Biz dialoqa hazırıq. Lakin bu gün Azərbaycanın və Ermənistanın dinc yanaşı yaşamasında maraqlı olmayan çoxsaylı qüvvələr vardır. Həmin qüvvələr bilməlidirlər ki, Azərbaycan əvvəlki deyildir və yenidən vətəndaşlarının qanının tökülməsinə yol verməyəcəkdir”.

Sonra Litva rejissoru Mindauqas Urbanoviçyusun çəkdiyi “The Endless Korridor” (“Sonsuz dəhliz”) sənədli filmi nümayiş etdirilmişdir.

Gecənin sonunda İsrail Yazıçılar İttifaqının üzvü, şairə Batsion Abramovanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirləri səslənmiş, həlak olanların ruhuna dualar oxunmuşdur.

AzərTAc (24/02/2014)

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009