ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


16/03/2014

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin növbəti toplantısı keçirilmişdir.

Komitə üzvləri gündəlikdəki “Qaçqınlar və iş hüququ”, “Miqrantların cəmiyyətə inteqrasiyası”, “Miqrantların gizli yolla kütləvi şəkildə İtaliyaya gəlişi”, “Miqrantların diaspor təşkilatlarında demokratik iştirakı” və s. mövzular ətrafında fikir mübadiləsi aparmışlar.

Avropada qaçqın və məcburi köçkün problemi ilə bağlı çıxış edən Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Assambleyada Fransa-Ermənistan parlamentlərarası işçi qrupunun sədri Rene Ruke nədənsə yalnız Gürcüstanda qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə məlumat vermiş, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından silah gücünə çıxarılaraq öz vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan artıq azərbaycanlının vəziyyətindən danışmamışdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev ermənipərəst fransalı deputatın çıxışına münasibət bildirmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məsələnin məruzəyə daxil edilməsini dəfələrlə qaldırdığını xatırlatmış və bu məsələnin məruzədə öz əksini tapmasını yenidən təklif etmişdir.

Rövşən Rzayevin haqlı iradı komitə üzvləri tərəfindən dəstəklənmiş və azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məsələnin gələcəkdə məruzədə əksini tapması qərara alınmışdır.

Komitənin növbəti iclasının may ayında Bakıda keçiriləcəyi diqqətə çatdırılmışdır.

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009