ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Türkiyədə hakim partiyanın növbəti zəfəri

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


31/03/2014


Türkiyədə martın 30-da keçirilmiş bələdiyyə seçkilərinin nəticələri hakim Ədalət və İnkişaf  Partiyasının inamlı qələbə qazandığını göstərir. Türkiyə Yüksək Seçki Komissiyasının məlumatına görə, Ədalət və İnkişaf Partiyası səsvermədə iştirak edənlərin 44 faizinin səsini alaraq bütün rəqiblərini üstələmişdir.  Xatırladaq ki, 2009-cu ildə keçirilən bələdiyyət seçkilərində hakim partiya ölkə üzrə 39 faiz səslə qalib gəlmişdi.

Budəfəki yerli seçkilərdə Cümhuriyyət Xalq Partiyası təxminən 26 faizlə ikinci yeri tutub. Milliyyətçi Hərəkat Partiyası bələdiyyələr üzrə seçicilərin 17 faizinin etimadını qazanmışdır. Qalan səslər isə seçkidə iştirak edən digər partiyalar arasında bölünmüşdür.

Ölkə üzrə 52 milyon 695 min 832 vətəndaş seçici hüququna malikdir. Onlardan 46 milyon 173 min 43 nəfəri bələdiyyə seçkilərində iştirak etmiş, 44 milyon 338 min 116 bülleten etibarlı hesab olunmuşdur.

Hələlik tam rəsmi olmayan nəticələrə əsasən, Ədalət və İnkişaf Partiyası 30 böyükşəhər bələdiyyəsindən 18-də seçkinin qalibi olub və hakim partiyanın namizədi bələdiyyə başqanı seçilib. Cümhuriyyət Xalq Partiyası 6, Milliyyətçi Hərəkat Partiyası 3, kürdlərin siyasi təşkilatı kimi tanınan Barış və Demokratiya Partiyası 2 böyük şəhər bələdiyyəsini qazanıb.

Ümumilikdə Türkiyənin 81 vilayəti üzrə göstəricilər belədir:

Ədalət və İnkişaf Partiyası - 49 (18-i böyükşəhər bələdiyyəsi);

Cümhuriyyət Xalq Partiyası - 13 (6-sı böyükşəhər);

Barış və Demokratiya Partiyası - 10 (2-si böyükşəhər);

Milliyyətçi Hərəkat Partiyası - 8 (3-ü böyükşəhər);

Bitətəf - 1 (Mardin; kürd liderlərindən Əhməd Türk bələdiyyə başçısı seçilib).

Ədalət və İnkişaf Partiyası 608 rayonda (ilçədə) birinci olub. Cümhuriyyət Xalq Partiyasında bu göstərici 175, Milliyyətçi Hərəkat Partiyasında 111, Barış və Demokratiya Partiyasında 75-dir.

Seçkiyə qatılan digər qurumlara gəlincə, Səadət Partiyası 8, Demokrat Partiyası 7, Böyük Birlik Partiyası 5, Demokratik Sol Partiya 2, Azadlıq və Müqavimət Partiyası 1, Türkiyə Kommunist Partiyası 1 rayonda qalib gəlib.

* * *

Azərbaycan Prezidenti Türkiyə Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, dövlətimizin başçısı Ədalət və İnkişaf  Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə Baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik etmiş, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırmışdır.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirmiş, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

* * *

Qeyd edək ki, 2014-cü il avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. İlk dəfə dövlət başçısı birbaşa səsvermə ilə xalq tərəfindən (indiyədək parlamentdə seçilirdi) seçiləcək. Prezidentlik yarışının favoriti baş nazir Rəcəb Tayyib Ərdoğandır.   

Ədalət və İnkişaf  Partiyası 2002-ci ilin noyabrından Türkiyədə təkbaşına hakimiyyətdədir.


Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009