ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Layihə haqqında

Milli eyniyyətdən qlobal dünyaya pəncərə:

tədqiqat və təbliğat platformu

 

"Milli eyniyyətdən qlobal dünyaya pəncərə": tədqiqat və təbliğat platformu" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Effektiv Təşəbbüslər Mərkəzi" demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi tərəfindən 2008-ci ildən həyata keçirilir.

Layihənin əsas praktik məqsədi Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği əyani vəsaitlərin, informasiya resirslarının hazırlanması və yayılmasıdır.

 * * *

Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür. Bununla yanaşı, bu işdə vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür.

Prezident İlham Əliyev bununla bağlı demişdir:

“Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilibdir. Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq”.

Çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur. Bu baxımdan Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini böyük öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası təşkil edir. Azərbaycançılıq Heydər Əliyevin dövlətçilik konsepsiyasının təməl sütunlarından biri olmaqla yanaşı, dünya azərbaycanlılarını birləşdirən, onları Azərbaycanın güclənməsi, dünyada mövqelərinin möhkəmlənməsi naminə səfərbər edən ideyadır.

Azərbaycançılıq vahid Azərbaycanı, ölkəmizdə tarixən mövcud olmuş dini və milli tolerantlığı, həmrəyliyi ehtiva edir. Bu ideya Azərbaycandakı etnik müxtəliflikdən sui-istifadə etmək istəyən qüvvələrə qarşı ideoloji sipər, ölkəmizin şovinist Ermənistanla informasiya mübarizəsində mühüm təbliğat vasitəsidir. Çünki azərbaycançılıq sağlam vətənsevərlik ideyasıdır.

Qeyd olunan vacib postulatları əsas götürərək təşkilatımız 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə” tədqiqat və təbliğat platformu layihəsini həyata keçirməyə başlamışdır.

 * * *

Layihənin birinci mərhələsində (sentyabr-dekabr 2008-ci il) www.azerbaycanli.org veb-saytı yaradılmış, "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanmış və nəşr edilmişdir.

Layihənin ikinci mərhələsi - “Azərbaycanın dünya birliyinə inteqrasiyası: tarix və mədəni irsin təbliği” (www.azerbaycanli.org saytının əsasında yeni informasiya resurslarınn yaradılması) - 2009-cu ilin may-oktyabr aylarını əhatə edib.

Bu mərhələdə

  • www.azerbaycanli.org saytının Azərbaycan versiyasının resurs bazasının zənginləşdirilməsi, gündəlik xəbər lentinin, elektron rəy sorğularının təşkili;

  • saytın rus dilində versiyasımın işə salınması (saytın rus dilində xəritəsinin hazırlanması, məlumat bazasının toplanması, emalı, yerləşdirilməsi);

  • “Azərbaycan tarixi günbəgün” kitab-təqvimin elektron versiyasının yenilənməsi, bunun üçün zəruru məlumat bazasının toplanması, onun əsasında www.azerbaycanli.org saytında “Bizim təqvim” gündəlik xronoqrafın yaradılması;

  • Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində Azərbaycan xalqının tarixi-mədəni irsi, azərbaycançılıq fəlsəfəsi barədə elmi-tədqiqat və maarifləndirmə işlərinə informasiya dəstəyinin verilməsi;

  • www.azerbaycanli.org saytının ingilis dilində versiyasının yaradılması üçün hazırlıq işlərinin görülməsi (saytın ingilis dilində xəritəsinin hazırlanması, ilkin məlumat bazasının toplanması və qismən saytda yerləşdirilməsi)

həyata keçirilib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti, 3-cü mərhələsi ("Qarabağ tarixinin salnaməsi - elektron xronoqraf" layihəsi, aprel-iyul 2010) çərçivəsində saytda yeni bölmə - "Qarabağ - elektron xronoqraf" bölməsi yaradılıb.

 * * *

www.azerbaycanli.org saytı Azərbaycanın tarixi, bugünü, siyasi, iqtisadi, mədəni inkişafı, ölkəmizin regionda və dünyada yeri, Qarabağ problemi, azərbaycanlı diasporu və s. mövzuda geniş məlumatları, eləcə də azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən vahid ideya olaraq öyrənilməsi və təbliğinə həsr olunmuş məqalələri, təhlili yazıları, çıxışları, xəbər və şərhləri əhatə edən elektron-resurs bazası kimi nəzərdə tutulub.

Layihə çərçivəsində Azərbaycanda ilk dəfə (2008) hazırlanan "tarix gündəliyi" - "Azərbaycan tarixi günbəgün" kitab-təqvim  Azərbaycanın qədim dövrdən bu günədək keçdiyi dövlətçilik tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli hadisələri, şəxsiyyətləri haqqında yığcam bilgiləri əhatə edir.

Kitab kitabxanalar, təhsil müəsssisələri, QHT-lər, dövlət qurumları, kütləvi informasiya vasitələri arasında yayılmış, həmçinin xaricdəki azərbaycanlı diaspor təşkilatlarına, xarici ölkələrdəki kitabxanaların Azərbaycan dilində fondlarına hədiyyə edilmişdir.

Ümidvarıq ki, kitab tariximizi öyrənmək, təbliğ etmək istəyənlər üçün yararlı mənbə, bizləri təqvimin hər yeni gününü Azərbaycan tarixinə nəzər yetirərək başlamağa sövq edəcək bilgi qaynağı olacaq. Çünki tariximizin hər bir səhifəsi öyrəniləcək, qürur verəcək, eyni zamanda, ibrət götürələcək fakt və hadisələrlə zəngindir.

 * * *

Layihədən həm Azərbaycanda, həm də xaricdə çeşidli əhali qrupları, o cümlədən ölkəmizin mədəni irsi, tarixi, bugünkü inkişafı, Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda tolerantlıq, etnomədəni inkişaf və s. məsələlərlə maraqlanan, Azərbaycan həqiqətlərinin dünyada tanınması və təbliğinə töhfə vermək istəyən hər kəs faydalana bilər:

  • kütləvi informasiya vasitələrində çalışanlar, yazarlar, jurnalistlər;

  • təhsil müəssisələri - müəllimlər, tələbələr, şagirdlər;

  • qeyri-hökumət təşkilatları, ictimai birliklər, gənclər təşkilatları;

  • ilgili dövlət qurumları, millət vəkilləri;

  • tarixçilər, kulturoloqlar, sosioloqlar, politoloqlar;

  • xaricdəki soydaşlarımız, diaspora təşkilatları, diplomatik xidmətdə çalışanlar;

  • Azərbaycanı yaxından tanımaq, öyrənmək istəyən əcnəbilər, tədqiqatçı və yazarlar.

Vüqar Orxan, 

www.azerbaycanli.org  layihə rəhbəri

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009