ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 4 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

4 aprel

 

Azərbaycan

 

4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) Salyanda doğulub. İrəvan Azərbaycan Tearında, Milli Dram Teatrında (1945-1975) çalışıb. Çəkildiyi filmlər: “Kölgələr sürünür” (İmamzadə), “Bir qalanın sirri” (Simnar xan), “Həyat bizi sınayır” (Zəkiyyənin atası) və s. . Bədii qiraət ustası kimi də tanınıb, bir çox filmlərdə aparıcı rolları (“Uzaq sahillərdə” -  Mixaylo, “Telefonçu qız” - Zakir) səsləndirib, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.

 

4 aprel 1931 - Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931-22.7.2011) Göyçayda anadan olub.

 

4 aprel 1936 – Baletmeyster, Prezident təqaüdçüsü Nailə Məmməd qızı Nəzirova anadan olub.

 

4 aprel 1953 – “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında incəsənət işləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İttifaqının orqanı idi. 1991-ci ilin yanvarından ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başladı.  

 

Dünya

 

4 aprel 1818 - Tanınmış ingilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.

 

4 aprel 1900 - Rus rəssamı, uşaq kitabları üçün parlaq illüstrasiyaların müəllifi Yuri Alekseyeviç Vasnesov (1900-1973) anadan olub.

 

4 aprel 1910 — Rus yazıçısı Yuri Pavloviç German (1910-1967) anadan olub. Əsərləri: “Xidmət etdiyin amal” (trilogiya), “Mənim əziz adamım”, “Hər şeyə cavabdehəm” və s.

 

4 aprel 1922 — Amerika bəstəkarı və dirijoru Elmer Bernstayn (Elmer Bernstein; 1922-2004) anadan olub.

 

4 aprel 1932 - Görkəmli rus kinorejissoru və ssenaristi Andrey Arsenyeviç Tarkovski (1932-1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. məşhur filmlərin müəllifidir.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009