ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 15 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

15 aprel

 

Azərbaycan

 

15 aprel 1892 - Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892-19.2.1983) аnаdаn оlub.

 

15 aprel 1905 - Memar Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və s. tikililərin layihələşdirilməsində iştirak edib.

 

15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.

 

15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-14.9.1990) аnаdаn оlub.

 

15 aprel 1928 - Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.

 

Dünya

 

15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur rəsm əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.

 

15 aprel 1489 – Məşhur türk memarı, mühəndis Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489-7.2.1588) Kayseridə doğulub. İstanbuldakı məşhur Süleymaniyə camisinin, Ədirnədə Selimiye camisinin, körpülərin və s. tikililərin müəllifidir.

 

15 aprel 1886 - Məşhur rus şairi Nikolay Stepanoviç Qumilyov (1886-1921) anadan olub.

 

15 aprel 1894 - Amerika alimi Tomas Edison (1847-1931) yeni ixtirasını - kinoproyektoru nümayiş etdirib.

 

15 aprel 1913 — Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (26.4.1886 – 1913) vəfat edib. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunub.

 

15 aprel 1933 - Rusiya yazıçısı Boris Natanoviç Struqatski anadan olub. Qardaşı Arkadi Struqatski (1925-1991) ilə məşhur fantastik əsərlərin müəllifidir: “Allah olmaq çətindir”, “Bazar ertəsi şənbə günü başlayır”, “Axsaq tale” və s.

 

15 aprel 1939 - Tanınmış italyan aktrisası Klaudiya Kardinale (Claudia Cardinale) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “Kartuş”, “Səkkiz yarım”, “Bir dəfə vəhşi Qərbdə”, “İnteryerdə ailə portreti” və s.

 

15 aprel 1949 - Məşhur rus estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova anadan olub. İfa etdiyi mahnılar 100-dən çox qramplastinka və diskdə (ümumi tirajı 250 milyondan çox) yayılıb.

 

15 aprel 1949 - Tanınmış türk aktyoru Kadir İnanır anadan olub. Əslində 1949-cu ilin avqustunda doğulub, amma doğum şəhadətnaməsində 15 aprel qeyd olunub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009