ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 20 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

20 aprel

 

Azərbaycan

 

20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-14.2.1980) Naxçıvanda anadan olub. ”Bakıda küləklər əsir” (Şahmar bəy), “Qanun naminə” (Qaloş) və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.  

 

20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.

 

20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907-6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemalarının, “Xaqani" mənzum dramının müəllifidir. Rus dilindən ədəbi tərcümələr  edib.

 

20 aprel 1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916-10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") kimi rolları ilə yadda qalıb. "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), "Ulduz" (Züleyxa), “Qanun naminə (Şəhla xanım), "Qaynana" (Cənnət xala), “Yuxu” (Məsmə) və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.

 

20 aprel 1920 - Yazıçı-dramaturq Xanımana Sabir qızı Əlibəyli (1920 – 7.5.2007) Bakıda doğulub.  Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Məni günəşə at!", "Meşə həkimi" poemaları, "Gözəllər gözəli", "Aycan", "Dovşanın ad günü", "Cunquş", "Durnalar lələk salır", "Meyvələrin şahı" və s. dram əsərlərinin müəllifidir.

 

20 aprel 1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926-2006) anadan olub.

 

20 aprel 1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə gizlinləri”, “Doktor N”, “Tamaşalı oyunlar” və s. romanların müəllifidir. Moskvada yaşayır, Moskva Dövlət Universitetinin filologiya fakültəsində dərs deyir.

 

20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (31.3.1861, Şuşa -1944) vəfat edib.

 

20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında (Sarıköynək - "Sarıköynəklə Valehin nağılı", Nərminə - "Göz həkimi" və s.), filmlərdə (“İtkin gəlin“, “Otel otağı”) maraqlı rollar oynayıb.

 

20 aprel 1991 - Ali Sovetin deputatları, görkəmli alimlər Aydın Məmmədov və Dilarə Əliyeva Qax rayonu ərazisində avtomobil qəzasında həlak olublar.    

 

20 aprel 1997 - Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd olunması haqqında fərman imzalayıb. Tarixi yubiley 2000-ci ilin aprelində UNESCO səviyyəsində qeyd olundu.

 

Dünya

 

20 aprel 1927 - Məşhur rus aktyoru Pavel Borisoviç Luspekayev (1927-1970) anadan olub. Ayaqları amputasiya olunmuş halda “Səhranın bəyaz günəşi” filmində (Pavel Vereşşaqin) çəkilib.

 

20 aprel 1943 – Tanınmış ingilis dirijoru Con Eliot Qardner (John Eliot Gardiner) anadan olub. Boston simfonik orkestrinə, Vyana filarmoniya orkestrinə rəhbərlik edib.

 

20 aprel 1949 - Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar” mükafatın (“Tutsi”, “Mavi səma”) layiq görülüb. Digər filmləri: “Kinq-Konq”, “Şirin arzular, “”Poçtalyon iki dəfə zəng çalır”.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009