ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 23 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

23 aprel

 

Azərbaycan

 

23 aprel 1865 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Əliağa İsmayıl Ağa oğlu Şıxlinski (1865 - 18.8.1943) Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1904-1905-ci illər rus-yapon müharibəsində məşhurluq qazanıb, Rusiyanın ordu komandanı olub. 1918-ci ildə Bakıya qayıdaraq Azərbaycan Xalq Cümhuriyyəti müdafiə nazirinin (general S.Mehmandarov) müavini işləyib. Sovet dövründə Bakı Hərbi Komanda Məktəbinin rəis müavini olub.

 

23 aprel 1932 - Sovet İttifaqının ali rəhbər təşkilatı olan Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında qərar qəbul edib. Bu qərardan sonra SSRİ-nin bütün respublikalarında olduğu kimi, Azərbaycanda da Yazıçılar Cəmiyyətinin (1927-ci ildə təsis edilmişdi) yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı (13 iyun 1934) yaradıldı.

 

23 aprel 1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, "İtkin gəlin" teleserialında Əfsanə obrazı ilə məşhurlaşıb. 1993-cü ildən Milli Dram Teatrında çalışır.

 

Dünya

 

23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında (25 oktyabr - 16 noyabr) təsis olunub. Əlamətdar tarix iki görkəmli yazıçı - Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (hər ikisi 1616-cı il aprelin 23-də vəfat ediblər) ehtiram olaraq təsis edilib.

 

23 aprel 1616 - Dünya şöhrətli ingilis yazıçısı Vilyam Şekspir (William Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.

 

23 aprel 1616 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).

 

23 aprel 1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.

 

23 aprel 1902 - İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldór Kiljan Laxness; 1902-1998) аnаdаn оlub. Əsərləri: “İsland zınqrovu”, “Qaytarılmış cənnət”, “Atom stansiyası”.

 

23 aprel 1918 - Rus aktyoru, SSRİ Xalq artisti Georgi Mixayloviç Vitsin (1918-2001) anadan olub. L.Qaydayın məşhur komediyalarında (“Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları” və s.) rolları ilə şöhrət qazanıb.

 

23 aprel 1918 - Məşhur fransız yazıçısı Moris Dryuon (Maurice Samuel Roger Charles Druon, 1918-2009) anadan olub. “Lənətlənmiş krallar” tarixi romanlar silsiləsinin müəllifidir.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009