ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 25 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

25 aprel

 

Azərbaycan

 

25 aprel 1905 - Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

 

25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.

 

25 aprel 1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyev (1914-25.11.1994) Şəkidə doğulub. Şəki Teatrında, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dram Teatrında çalışıb, 300-dən çox rol oynayıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni”, “Köhnə bərə” və s. flimlərdə çəkilib.

 

25 aprel 1925 - Yazıçı Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 –1994) anadan olub.

 

25 aprel 1957 – Tanınmış aktrisa, Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm"(Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Qorxma, mən səninləyəm" (Telli), "Nizami" (Afaq),  "Doğma sahillər" (Zivər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Filmlərin dublyajında və səsləndirilməsində fəal iştirak edib. Mədəniyyət və İncəsənət Universitetinin dərs deyir, Amerika kinosuna dair kitabların müəllifidr.

 

25 aprel 1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına (1954-cü il 19 dekabr tarixli) qoşulub. 1997-ci il aprelin 22-də Milli Məclis ölkəmizin konvensiyaya qoşulması barədə qanun qəbul edib. Qanun prezident tərəfindən imzalandıqdan sonra 25 apreldə dərc olunaraq qüvvəyə minib.

 

Dünya

 

25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.

 

25 aprel 1907 - Məşhur rus bəstəkarı, SSRİ Xalq artisti Vasili Pavloviç Solovyov-Sedoy (1907-1979) anadan olub. Sovet dövrünün populyar mahnılarının, kinofilmlərə musiqilərin müəllifidir.

 

25 aprel 1928 - SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Vasilyeviç Yakovlev (1928-30.11.2013) anadan olub. Filmləri: “İdiot” (knyaz Mışkin), “Qusar balladası” (poruçik Rjevski), “Xoş təsadüf və ya həmişə təmizlikdə” (İppolit) , “İvan Vasilyeviç peşəsini dəyişir” (İvan Qroznı) və s.

 

25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone) , “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.

 

25 aprel 1941 - Fransız kinorejissoru və ssenaristi Bertran Tavernye (Bertrand Tavernier) anadan olub. Filmləri: “Missisipi blyuz”, “Gecəyarısı caz”, “Sen-Poldan olan saatsaz”, “Həyat və başqa heç nə”.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.  



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009