ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 26 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

26 aprel

 

Azərbaycan

 

26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.

 

26 aprel 1947 – Tanınmış kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947-7.12.2006) Bakıda anadan olub. Filmləri: "Nəğmə dərsi" (“Ömrün səhifələri” kinonovellası), "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", “Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü". Filmləri ümumittifaq festivallarında mükafatlara layiq görülüb.

 

Dünya

 

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.

 

26 aprel 1711 - Şotland filosofu və tarixçisi, empirizmin nümayəndəsi David Yum (David Hume, 1711-1776) anadan olub.

 

26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix, 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən məşhur “Barrikadada azadlıq” rəsminin, habelə “Xiosda qətliam”, “Sardanapalın ölümü” və s. tarixi tabloların müəllifidir.

 

26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunub.

 

26 aprel 1912 - Amerika fantast-yazıçısı Alfred Elton van Voqt (1912-2000) anadan olub.

 

26 aprel 1940 - Məşhur italyan bəstəkarı və aranjimançısı Corcio (Giorgio - əsl adı Hansjörg) Moroder anadan olub. Disko musiqisinin yaradıcılarlndan sayılır. Alan Parkerin “Gecəyarısı ekspresi” filminə yazdığı musiqiyə görə “Oskar” alıb.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.   

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009