ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 28 aprel

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

28 aprel

 

Azərbaycan

 

28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.

 

28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

 

28 aprel 1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda doğulub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda, tanınmış həkim-cərrah olub.

 

28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920-28.1.1987) anadan olub.

 

28 aprel 1921 – Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Məmməd Tağı oğlu Tağıyev (1921 - 28.9.1994) Samux rayonunun Samux kəndində doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeolji lüğət”in tərtibçisi, dilçiliyin müxtəlif sahələrinə dair tədqiqatların müəllifidir. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) rektoru olub.

 

28 aprel 1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 - 6.7.1994) Lerik rayonun Kürdəsər kəndində doğulub. Əsərləri: “Dağlar oğlu”, “Torpağın ətri”, “Döyüşən illər” (romanlar), “Prokuror”, “Ana fəryadı” (pyeslər).

 

28 aprel 1935 - Şair Mir Sabir (Mirsabir Mirfərəc oğlu Nağıyev) anadan olub.

 

28 aprel 1938 - Şair, dilçi, publisist Adil Babayev (1938-1977) anadan olub.

 

Dünya

 

28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.

 

28 aprel 1902 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub. Əsərləri: “Vasek Trubacev və onun dostları” (povest), “Sehrli söz”, “Ata ködəkçəsi”, “Mənim dostum” (hekayələr toplusu).

 

28 aprel 1902 - Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.

 

28 aprel 1924 - Məşhur Litva aktyoru Donatas Banionis anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Sakit mövsüm”, “Solyaris”, “Mister Mak-Kinlinin qaçışı” və s.

 

28 aprel 1952 - Amerika aktrisası Meri Makdonnel (Mary Eileen McDonnell) anadan olub.

 

28 aprel 1974 - Məşhur ispan kinoaktrisası, «Oskar» mükafatı laureatı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub. Filmləri: “Canlı bədən”, “Gözlərini aç”, “Anam haqqında hər şey”,  “Viki Kristina Barselona” (“Oskar”, 2009).

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.





Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009