ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 10 sentyabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

10 sentyabr

 

Azərbaycan

 

10 sentyabr 1917 - Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917- 24.11.1994) Ordubadda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.

 

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas partiyaları ifa edib.

 

10 sentyabr 1935 - Ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud İbrahim oğlu Hacıyev anadan olub.

 

10 sentyabr 1947 - Nasir, publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. “İtirilmiş səs” “Səs qərib olmur”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Ruhların üsyanı”, “Xallı gürzə” (tarixi roman) və s. kitabların müəllifidir.

 

Dünya

 

10 sentyabr 1839 - Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce, 1839-1914) anadan olub.

 

10 sentyabr 1872 - Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: ”Dersu Uzala”, “Tayqanın arasında”, “Vulkanın kraterində” və s.

 

10 sentyabr 1912 - Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup, 1912-1988) anadan olub.

 

10 sentyabr 1914 - Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

 

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) məşhur Ukrayna bəstəkarı Ələmdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

 

10 sentyabr 1948 - Məşhur rus kinoaktoyru İqor Kostolevski anadan olub. Filmləri: “Asya”, “Qaraj”, “Tehran-43” və s.

 

10 sentyabr 1955 - Rusiyanın məşhur estrada müğənnisi Larisa Dolina (Kudelman) Bakıda doğulub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009