ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 11 sentyabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

11 sentyabr

 

Azərbaycan

 

11 sentyabr 1913 - Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov (1913 - 7.5.1998) anadan olub. Bir sıra sənədli və bədii filmlərin operatoru olub. Quruluş verdiyi filmləri: “Arşın mal alan” (1965, Tofiq Tağızadə ilə birgə), «Qanun naminə», «Bakıda küləklər əsir» və s.

 

11 sentyabr 1914 - Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski) (8.3.1851 - 11.9.1914) vəfat edib. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi yolunda böyük xidmətlər göstərmiş İsmayıl Qaspıralı Krımda, Baxçasaray yaxınlığındakı Avcıköy kəndində doğulmuşdu. Uzun illər türk dünyasının maariflənməsində rol oynamış "Tərcüman” qəzetinin naşiri olub.

 

Dünya

 

11 sentyabr 1524 — Fransız şairi Pyer de Ronsar (Pierre de Ronsard; 1524-1585) anadan olub. Əsərləri: “Odalar”, “Himnlər” və s.

 

11 sentyabr 1862 - Amerika yazıçısı, novella janrının ustası O.Henri (O.Henry - William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.

 

11 sentyabr 1865 - Latviya şairi və dramaturqu Yan Raynis (Pliekşans) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.

 

11 sentyabr 1894 – Tanınmış Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Petroviç Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Şors”, “Aeroqrad”, “Miçurin” və s.

 

11 sentyabr 1885 — İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Oğullar və məşuqlar”, “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtgin qız”, “Ledi Çatterleyin məşuqu”.

 

11 sentyabr 1903 - Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno, 1903-1969) anadan olub.

 

11 sentyabr 1937 - Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon anadan olub.

 

11 sentyabr 1940 - Amerika kinorejissoru Brayan de Palma (Brian de Palma) anadan olub. Filmləri: “Qəzəb”, “Toxunulmazlar”, “Kerri”, “Kainin tərbiyəsi” və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.





Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009