ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 13 sentyabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

13 sentyabr

 

Azərbaycan

 

13 sentyabr 1905 - Aktyor Süleyman Tağızadə (1905-1960) anadan olub. “O olmasın, bu olsun”, “Kölgələr sürünür” filmlərində çəkilib.

 

13 sentyabr 1933 - Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Arif Cahangir oğlu Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı «Məhəbbət əfsanəsi» baleti bəstəkara dünya şöhrəti gətirib. “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, “İki qəlbin poeması” baleti, “Torpağın səsi” kantatası, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s. filmlərə, teatr tamaşalarına («Atabəylər», «Natəvan» və s.) musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın müxbir üzvüdür.

 

13 sentyabr 1969 - Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.

 

13 sentyabr 1997 - "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Prezident fərmanı verilib.

 

Dünya

 

13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg, 1874-1951) anadan olub. Musiqidə ekspressionizimin nümayəndəsi, “Moisey və Aaron” operasının müəllifidir.

 

13 sentyabr 1894 - İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley, 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” pyesləri, “Qretlidə qaranlıq” romanı və s.

 

13 sentyabr 1905 - Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin, 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.

 

13 sentyabr 1924 — Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre) anadan olub. 120-dək filmə musiqi yazıb, 3 dəfə “Oskar”a layiq görülüb.

 

13 sentyabr 1944 - İngilis aktrisası Jaklin Bisset (Winifred Jacqueline Fraser Bisset) anadan olub. Filmləri: “Yabanı orxideya”, “Napaleon və Jozefina”, “Anna Karenina” və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009