ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 25 sentyabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

25 sentyabr

 

Azərbaycan

 

25 sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.

 

25 sentyabr 1913 - Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. Uzun illər Milli Dram Teatrının baş rəssamı olub.

 

25 sentyabr 1913 - Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub.

 

25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 - 6.6.1997) anadan olub.

 

25 sentyabr 1946 - Müasir Azərbaycan poeziyasının tanınmış simalarından biri Nüsrət Yusif oğlu Kəsəmənli (1946-17.10.2003 ) anadan olub. 150-dək şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifıdir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.

 

25 sentyabr 1946- Xalq Artisti, opera müğənnisi Şahlar Quliyev anadan olub. 1975-ci ildən Opera və Balet Teatrının solistidir: «Leyli və Məcnun»da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Arşin mal alan»da Süleyman, «Koroğlu»da Həsən xan və s.

 

25 sentyabr 1956 – Aktrisa Marina Litvinenko anadan olub. 1987-ci ildən Musiqili Komediya Teatrına çalışır. “Güllələnmə təxirə salınır!”, “Biz qayıdacağıq” filmlərinə çəkilib, “Bakılı oğlanlar” KVN teatrında çıxış edir.

 

Dünya

 

25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur, və ya Bonapart Qahirədə” (opera) və s.

 

25 sentyabr 1881 - Müasir Çin ədəbiyyatının banisi Lu Sin (1881-1936) anadan olub.

 

25 sentyabr 1897 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1949) laureatı Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.

 

25 sentyabr 1906 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıı əsr”, “İşıqlı bulaq” baletləri, “Moskva, Çeremuşki” operettası, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında Q.Qarayev, G.Sviridov kimi gələcəyin məşhur bəstəkarlarına dərs deyib.

 

25 sentyabr 1920 - Məşhur rus aktyoru və rejissoru Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.

 

25 sentyabr 1944 - Amerika kinoaktyoru, prodüser, ssenarist Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçarkən” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.

 

25 sentyabr 1952 - Məşhur ispan kinorejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Hər şüy anam haqqında” (1999), “Onunla danış” (2002).

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009