ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 30 sentyabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

30 sentyabr

 

Azərbaycan

 

30 sentyabr 1139 - Gəncədə dəhşətli zəlzələ baş verib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub. Zəlzələ zamanı baş verən torpaq sürüşmələri nəticəsində Kəpəz dağının ətəyində Göygöl yaranıb

 

30 sentyabr 1920 – Tanınmış rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif”, “Şərqə yol” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.

 

30 sentyabr 1945 - Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945– 1983) Şəkidə doğulub. M.Qorki adına Ümumittifaq mükafatı laureatı olub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “ Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.

 

30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884-1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operası, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.

 

30 sentyabr 1962 – Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qara "Volqa", “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s.  

 

30 sentyabr 1991 - Məşhur xanəndə Səxavət Məmmədov (10.10.1953 - 1991) dünyasını dəyişib.

 

30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edilib.

 

Sentyabrın sonu 1924 - Bakıda Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.

 

Sentyabrın sonu 1936 - Nuxa (Şəki) Dövlət Dram Teatrının açılışı olub.

 

Dünya

 

30 sentyabr 1707 - İtalyan rəssamı Petro Rotari (Pietro Antonio Rotari, 1707-1762) anadan olub.

 

30 sentyabr 1715 - Fransız filosofu, assosiativ psixologiyanın banisi Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.

 

30 sentyabr 1917 - Məşhur rus rejissoru, Taqanka Teatrının rəhbəri Yuri Lyubim anadan olub.

 

30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-16.10.2007) anadan olub.

 

30 sentyabr 1924 - Amerika yazıçısı Truman Kapote (Truman Capote - Truman Streckfus Persons, 1924-1984) anadan olub.

 

30 sentyabr 1928 - Amerika yazıçısı və pedaqoqu, Nobel sülh mükafatı (1986) laureatı Eli Vizel (Elie Wiesel) anadan olub.

 

30 sentyabr 1961 - Amerika aktyoru Erik Ştols (Eric Stoltz) anadan olub.

 

30 sentyabr 1964 - Məşhur italyan aktrisası Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.




Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009