ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 15 oktyabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

15 oktyabr

 

Azərbaycan

 

15 oktyabr 1910 - Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.

 

15 oktyabr 1910 - Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 – 1.9.2009) anadan olub. Əsərləri dünyanın bir çox sərgi salonlarında, muzeylərində nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil edib.  1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.

 

15 oktyabr 1910 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 – 2.6.1979) İrəvan şəhərində anadan olub. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

15 oktyabr 1928 - Tanınmış təsviri sənət ustası, Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (1928 – 1.9.2009) Bakıda anadan olub.

 

15 oktyabr 1932 - Şair Hafiz Baxış (Hafiz Həbib oğlu Baxışov; 1932-4.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir. Kitabları: “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlarüçün darıxmışam” .

 

 

15 oktyabr 1945 - Rejissor Leyla Səfərova Gəncədə anadan olub. 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.

 

15 oktyabr 1950 - Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.

 

15 oktyabr 1996 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 - 1996) vəfat edib. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xidmətləri olub.

 

Dünya

 

15 oktyabr 1814 – Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryеviç Lеrmontоv (1814 - 27.7.1841) anadan оlub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” romanı, “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” poemaları, “Maskarad” pyesi və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.

 

15 oktyabr 1836 - Fransız rəssamı Ceyms (Jak Jozef) Tisso (James Tissot, 1836-1902) anadan olub.

 

15 oktyabr 1844 - Məşhur alman filosofu Fridrix Nisşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və Şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.

 

15 oktyabr 1859 - Osetin ədəbiyyatının banisi, şair, rəssam Kosta Xetaqurov (1859-1906) anadan olub.

 

15 oktyabr 1897 - Rus yazıçısı İlya İlf (İxeil Faynzilberg; 1897 - 13.4.1937) anadan olub. Yevgeni Petrov (Katayev) ilə məşhur “12 stul”, “Qızıl buzov” və s. əsərlərin həmmüəllifidir.

 

15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub. Əsərləri: “Özgələr və qardaşlar”, “Hakimiyyət dəhlizləri”, “Yelkənlər altında ölüm” və s.

 

15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, ssenarist Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub. Əsərləri “Xaç atası” (roman və eyniadlı filmin ssenarisi), “Siciliyalı”, “Qaranlıq arenası”, “Xoşbəxt səhifə” və s.

 

15 oktyabr 1926 - Fantast yazıçı, ixtiraçı alim Henrix Altov (Altşuller) (1926- 24.9.1998) Daşkənddə doğulub. 1931-ci ildə ailəsi Bakıya köçüb, 1990-cı ilədək burada yaşayıb, “Gənc ixtiraçılar məktəbi”ni yaradıb. 1990-cı ildən Rusiyaya (Petrozavodsk) köçüb.

 

15 oktyabr 1926 - Fransız filosofu, mədəniyyət tarixçisi Mişel Fuko (Michel Foucault, 1926-1984) anadan olub.

 

15 oktyabr 1929  - Tanınmnış serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanı ilə məşhurlaşıb.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.





Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009