ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 4 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

4 dekabr

 

Azərbaycan

 

4 dekabr 1825 - Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.

 

4 dekabr 1950 – Tanınmış ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) Bakıda anadan olub. 80-ci illərdə populyar televiziya verilişlərinin (“Qoşma”, “Dəfinə”) aparıcısı olub. 2000-ci ildən Bakı Dövlət Slavyan Universitetinin rektorudur. Kitabları: “Gizli Dədə Qorqud”, “Ruh” (pyeslər), “Unutmağa kimsə yox” (pyeslər), “Yarımçıq əlyazma”  (roman), “Sehrbazlar dərəsi” (roman) və s.

 

4 dekabr 1929 - Azərbaycanda dövlət əhəmiyyətli ilk qoruq - Zaqatala qoruğu yaradılıb. Zaqatala və Balakən rayonları ərazisində 25 min hektardan çox ərazini əhatə edən qoruqda adı «Qırmızı kitaba» düşmüş onlarla nadir bitki və heyvan növü mühafizə olunur.

 

Dünya

 

4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 18.5.1048 - 1131) vəfat edib.

 

4 dekabr 1595 - Fransız şairi, yazıçı, ədəbiyyat nəzəriyyəçisi Jan Şaplen (Jean Chapelain; 1595-1674) anadan olub.

 

4 dekabr 1882 - Rusiya yazıçısı, elmi-populyar ədəbiyyatın banilərindən biri Yakov İsidoroviç Perelman (1882-1942) anadan olub.

 

4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.

 

4 dekabr 1896 - Rus şairi, yazıçı laureatı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

 

4 dekabr 1913 - Avstriya-amerikalı ixtiraçı alim, televizor pultlarının ixtiraçısı Robert Adler (1913 - 2007) anadan olub.

 

4 dekabr 1921 - Kanada-Amerika kinoaktrisası, 1940-50-ci illərin Hollivud ulduzu Dina Durbin anadan olub.

 

4 dekabr 1922 - Görkəmli fransız aktyoru Jerar Filipp (Gérard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-tülpan”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.

 

4 dekabr 2009 - Məşhur rus aktyoru SSRİ-nin Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (8.2.1928 - 2009) vəfat edib. “Baharın on yeddi anı” telefilmində Ştirlis obrazı ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009