ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 8 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

8 dekabr

 

Azərbaycan

 

8 dekabr (köhnə təqvimlə 25 noyabr) 1901 - Görkəmli aktrisa, SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 - 6.1.1962) Həştərxanda doğulub. Milliyyətcə tatardır. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.

8 dekabr 1914 - Xalq artisti, aktyоr Məmməd Allahvеrdi oğlu Quliyеv (1914-11.9.2001)  Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

 

8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamların («Nəva», «Humayun», «Rahab» və s.), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baletinin, "Altılardan biri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (hər ikisi N. Məmmədovla birgə) musiqili komediyalarının müəllifidir.

 

8 dekabr 1930 – Tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Qara Mustafa oğlu Namazov anadan olub.

 

8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» bədii filmlərinə çəkilib.

8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.

 

8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. “Səhnədə məhəbbət" (libretto - Ə.Əmirli), "Bankir  adaxlı" (libretto - T.Vəliyeva) musiqili komediyaları, "Dədə Qorqud" oratoriyası, simfonik süitaların, digər musiqi əsərlərinin müəllifidir. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktorudur.

Dünya

 

8 dekabr 1723 - Alman əsilli fransız yazıçısı, filosof Pol Anri Holbax (Paul Heinrich Dietrich von Holbach, 1723 - 1789) anadan olub.

8 dekabr 1844 - Fransız kinematoqrafı, ilk cizgi filminin müəllifi Emil Reno (Charles-Emile Reynaud, 1844 - 1918) anadan olub.

8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, yeddi simfoniya, simfonik süitalar və s. əsərlərin müəllifidir.

8 dekabr 1934 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası” (Lyudmila Kaluqina), “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.

 

8 dekabr 1943 - Amerika şairi və musiqiçisi Ceyms Duqlas Morrison (Douglas Morrison, 1943-1971) anadan olub.

8 dekabr 1966 - Tanınmış İrlandiya müğənnisi Şineyd O’Konnor (Sinead Marie Bernadette O’Connor) anadan olub.

8 dekabr 1980 - Dünya şöhrətli ingilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Winston Ono Lennon, 9.10.1940 - 1980) vəfat edib.
* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009