ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 10 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

10 dekabr

 

Azərbaycan

 

10 dekabr 1918 - Məşhur opera müğənnisi (soprano), aktrisa, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.

 

10 dekabr 1924 - Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin,  Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin (1992-ci ildən "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi) sədri olub. SSRİ Dövlət Mükafatına layiq görülüb, Azərbaycanın «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsirlər", "Ağ şimşəklər", "Ömür çinarından yarpaqlar", "Əsrin qanlı laləsi" və s.

 

10 dekabr 1935 – Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. Kino rəssamı kimi tanınıb. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!...” (quruluşçu rəssam), “Mən ki gözəl deyildim” (Geyim rəssamı) və s. 

 

10 dekabr 1945 - Şair, publisist İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub.

10 dekabr 1996 – Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay - 1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Mən atamı düşünərkən”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir. S.Vurğunun “Komsomol poeması” əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.

 

Dünya

 

10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən beynəlxalq miqyasda qeyd edilir.

10 dekabr 1745 - İngilis yazıçısı Tomas Holkroft (Thomas Holcroft, 1745-1809) anadan olub.

10 dekabr 1821 - Görkəmli rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1978) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Şaxta, Qırmızıburun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.

 

10 dekabr 1822 - Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frank (Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck; 1822-1890) anadan olub.

10 dekabr 1890 - Görkəmli başqırd şərqşünas və türkoloqu, filosof, ictimai-siyasi xadim Əhməd Zəki Validi Toğan; 1890 - 28.7.1970, Türkiyə) anadan olub. 2010-cu il TÜRKSOY tərəfindən “Toğan ili” kimi qeyd olunub.

 

10 dekabr 1886 - İran şairi, filoloq və ictimai xadim Məhəmmədtağı Məlik Üşşüəra Bahar (1886-1951) anadan olub.

 

10 dekabr 1901 - Məşhur sirk ustası, “Karandaş” ləqəbli kloun, SSRİ Xalq artisti Mixail Nikolayeviç Rumyansev (1901-1983) anadan olub.

10 dekabr 1908 - Fransız bəstəkarı və pedaqoqu Olivye Messian (Olivier Eugene Charles Prosper Messiaen, 1908-1992) anadan olub.

10 dekabr 1937 - Görkəmli rus filoloqu, akademik, antik ədəbiyyat üzrə mütəxəssis Sergey Averinsev (1937-2004) anadan olub.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009