ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 13 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

13 dekabr

 

Azərbaycan

 

13 dekabr 1929 - Şərqşünas alim, tarix elmləri doktoru, professor Saleh Əliyev (1929-2006) Gəncədə anadan olub. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. İran tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin yaradıcılarından biri və rəhbəri olub.

 

13 dekabr 1935 - Şair, publisist Əjdər Qiyaslı (Əjdər Xanlar oğlu Əsgərov) Ağdam rayonunun Qiyaslı kəndində doğulub. İxtisasca iqtisadçıdır. 10-dan çox şeirlər kitabının müəllifidir.

 

13 dekabr 1956 - Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.

 

13 dekabr 1962 - Filologiya elmləri doktoru, professor Nərgiz Arif qızı Paşayeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının ədəbiyyat və dil kafedrasının müdiri, Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri, beynəlxalq əlaqələr üzrə prorektoru (2006-2008) işləyib. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. Kitabları: “Sabirin novatorluğu”, “İnsan bədii tədqiq obyekti kimi” (monoqrafiya), “Antik ədəbiyyat tarixi” (dərslik). "Üns" teatrının yaradıcısı və rəhbəridir. 

 

Dünya

 

13 dekabr 1720 - İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi, 1720 - 1806) anadan olub.

 

13 dekabr 1797 - Yəhudi əsilli məşhur alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarkar (F.Şubert, R.Şuman, P.Çaykovski) Heynenin şeirlərinə musiqi yazıb.

 

13 dekabr 1908 - Polyak-yəhudi əsilli məşhur sovet aktyoru, SSRİ Xalq artisti Rostislav Yanoviç Plyatt (1908 - 1989) anadan olub. Filmləri: “Baharın on yeddi anı” (pastor Şlaq), “Rezidentin səhvi” və s.

 

13 dekabr 1927 - Rus aktyoru, SSRİ Xalq artisti Leonid Vasilyeviç Markov anadan olub. Filmləri: “Til haqqında əfsanə”, “Qaraj” və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009