ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 14 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

14 dekabr

 

Azərbaycan

 

14 dekabr 1915 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Məcid oğlu Behbudov (1915- 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır (atası tanınmış xanəndə Məcid Behbudov Şuşada doğulub). "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (1955, Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib., Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. Bakıda Mahnı Teatrını yaradıb, hazırda teatr onun adını daşıyır.

 

14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-15.10.1988) Ağdamın Mərzili kəndində doğulub. SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.

 

14 dekabr 1929 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda tədqiqatların, gürcü dilindən tərcümələrin müəllifidir. Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci il aprelində görkəmli alim Aydın Məmmədovla birlikdə Qax rayonunda avtomobil qəzasında həlak olub.

 

14 dekabr 2011 – Tanınmış xanəndə, Xalq artisti, Prezident təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (20.11.1935, Ağdam – 2011) vəfat edib. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdı oğlu rolunda çəkilib.

 

Dünya

 

14 dekabr 1503 - Məşhur fransız astroloqu, həkim və kimyagər Nostradamus (Michel de Nostredame; 1503 - 1566) anadan olub.

 

14 dekabr 1895 - Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel, 1895 - 18.11.1952) anadan olub.

 

14 dekabr 1898 - Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 - 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.

 

14 dekabr 1924 - Dünya şöhrətli hind aktyoru, rejissor, ssenarist, prodüser Rac Kapur (Raj Kapoor; 1924 - 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam” “Bobbi”, “Abdulla” (rejissor) və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009