ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 16 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

16 dekabr

 

Azərbaycan

 

16 dekabr 1898 - Xalq rəssamı Qəzənfər Xaliqov (1898-1981) anadan olub. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışıb, teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib. “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub.

16 dekabr 1922 - Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922-10.5.2001) аnаdаn оlub.

 

16 dekabr 1927 - Tanınmış tarixçi alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı Cəmil Bahadur oğlu Quliyev(1927 – 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.

16 dekabr 1932 – Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xalid Əlimirzə oğlu Əlimirzəyev Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 15 monoqrafiya və kitabın, habelə çox hekayə, povest və dram əsərinin müəllifidir.

 

16 dekabr 1934 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934 - 18.4.1991) anadan olub. “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında, Televiziya və Radio Verilişləri Komitəsində, “Yazıçı” nəşriyyatında işləyib. Onlarla şeir və tərcümə kitabının müəllifidir.

 

16 dekabr 1961 – Tanlnmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Salatın Əziz qızı Əsgərova(1961 - 9.1.1991) anadan olub.

 

16 dekabr 1979 - Dünya şöhrətli caz musiqiçisi, bəstəkar, pianoçu, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

 

16 dekabr 2011 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızıƏhmədova (23.9.1928 – 2011) vəfat edib. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Sevil ("Sevil", F. Əmirov) və s.

 

Dünya

 

16 dekabr 1770 - Dahi alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven, 1770 - 26.3.1827) anadan olub. Dünya musiqisinin inciləri sırasına daxil olan 9 simfoniyanın, sonataların müəllifidir.

 

16 dekabr 1775 - İngilis yazıçısı, Britaniya realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen, 1775 - 1817) anadan olub.

 

16 dekabr 1863 - İspan əsilli Amerika yazıçısı və filosofu Corc Santayana (George Santayana, ispanca Jorge Agustin Nicolas Ruiz de Santayana, 1863 - 1952) anadan olub.

 

16 dekabr 1866 - Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən biri Vasili Kandinski (1866 - 1944) anadan olub.

 

16 dekabr 1917 - Dünya şöhrətli ingilis fantast-yazıçısı, futuroloq, ixtiraçı Artur Klark (Sir Arthur Charles Clarke, 1917 - 19.3.2008) anadan olub. Məşhur “Kosmik odisseya 2001” filminin ssenari müəllifidir.

 

16 dekabr 1928 - Amerikalı fantast-yazıçı Filip Kinred Dik (Philip Kindred Dick, 1928 - 1982) anadan olub. Əsərləri əsasında “Hər şeyi xatırlamalı” (P.Verxoven), “Peyğəmbər” (L.Tamaxori) və s. filmlər lentə alınıb.

 

16 dekabr 1932 - Görkəmli rus bəstəkarı Rodion Konstantinoviç Şedrin anadan olub. Əsərləri: “Ölü canlar”, “Lolita” (opera), “Qozbel at”, “Anna Karenina”, “Qağayı” (balet) və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009