ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 19 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

19 dekabr

 

Azərbaycan

 

19 dekabr 1921 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub. Müxtəlif janrlarda yaratdığı əsərlər dünyanın muzey və qalereyalarında nümayiş olunur. Dövlət mükafatına, “Hindistan” silsiləsindən rəsmlərinə görə Beynəlxalq Nehru mükafatına layiq görülüb. Əsərləri: “Mingəçevir işıqları”, “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi”, “Səməd Vurğun” və s. Bakı metrosunun “Nizami” stansiyasının bədii tərtibatını verib.

 

19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. Simfonik orkestr üçün əsərlərin müəllifidir. 1999-cu ildə "Humay" mükafatına layiq görülüb.

 

19 dekabr 1947- Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə Bakıda doğulub. Gənclər Teatrında baş rejissor işləyib. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.

 

19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950-17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında (“Bala başabəla”, “Ordan burdan”) yaddaqalan obrazlar yaradıb.

 

19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, Avropa ölkələrində konsertlərlə çıxış edir.

 

Dünya

 

19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.

 

19 dekabr 1915 - Dünya şöhrətli fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.

 

19 dekabr 1933 - Məşhur rus aktrisası və teatr rejissoru (“Sovremennik” teatrı) Qalina Borisovna Volçek anadan olub.

 

19 dekabr 1944 - Rusiyanın Xalq artisti, tanınmış aktrisa Anastasiya Vertinskaya anadan olub. Filmlıri: “Al yelkənlər” (Assol), “Ovod” (Cemma), “Amfibiya-adam” və s. 

 

19 dekabr 1996 - Dünya şöhrətli İtaliya aktyoru Marçello Mastroyanni (Marcello Vincenzo Domenico Mastroianni, 28.9.1924 - 1996) vəfat edib. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.

* * *  

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009