ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 22 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

22 dekabr

 

Azərbaycan

 

22 dekabr 1898 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Mən ki gözəl deyildim” (Rəhim baba), ”Sevil” (Babakişi) filmlərində çəkilib. “Qara daşlar”, “Səhər”, “Ulduz” flimlərinə quruluş verib.

22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.

 

22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.

22 dekabr 1918 - Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadə (Mixaylo) (1918 - 2.11.1944) Bakının Novxanı kəndində doğulub. 1944-cü il noyabrın 2-də Sloveniyanın Vitovla kəndində alman faşistləri ilə döyüşdə həlak olub. Onun qəhrəmanlığı İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” əsərində və eyniadlı filmdə (1958) əksini tapıb.

22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbədən cəbhəyə» romanlarının, pyeslərin, bir çox filmlərin ssenarilərinin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”  bədii filmlərinə quruluş verib.

22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.

22 dekabr 1937 - Tarixçi, etnoqraf,  AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937-21.4.2005) Naxçıvanda doğulub. Azərbaycanda etnomədəni, etnososial proseslərin tədqiqinə dair əsərlərin müəllifidir.

 

22 dekabr 1992 - Ali Sovetin Milli Şurası «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun qəbul edib. Qızğın mübahisələr sonrası, 50 deputatdan 34-nün səsi ilə qəbul edilən qanunda dövlət dilinin "türk dili" kimi təsbitlənməsi dilçi alimlər arasında və ümumən cəmiyyətdə birmənalı qarşılanmadı. 1995-ci ildə qəbul edilən Azərbaycan yeni Konstitusiyasında  Azərbaycan dili dövlət dili olaraq təsbitləndi və bu qanun faktiki qüvvəsini itirdi.

 

Dünya

 

22 dekabr 1819 - Alman bəstəkarı Frans Abt ( Franz Abt, 1819 - 1885) anadan olub.

22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub.  “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.

22 dekabr 1937 - Rus yazıçısı Eduard Uspenski (1937 - 1974) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.

 

22 dekabr 1962 - Məşhur ingilis aktyoru Ralf Fayns (Ralph Nathaniel Fiennes) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “İngilis pasiyenti” və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009