ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 23 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

23 dekabr

 

Azərbaycan

 

23 dekabr 1911 – Tanınmış şərqşünas, professor, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizami, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib.

 

23 dekabr 1913 - Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 – 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Teatrı, Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.

 

23 dekabr 1923 - Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923-30.3.1993) anadan olub.


 

23 dekabr 1946 - Xalq artisti, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.

 

23 dekabr 1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında»  4083 saylı qərar qəbul edib. Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, sovet rəhbəri İosif Stalinin «sağ əli» Anastas Mikoyan idi. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandakı yurd-yuvalarından deportasiya edilərək Azərbaycana köçürüldü.

 

23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. «Şah Abbas», “Balıq adam və s. romanların müəllifidir. “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun” və s. pyesləri tamaşaya qoyulub. "Ulduz" jurnalının baş redaktorudur.

 

Dünya

 

23 dekabr 1802 - İngilis şairi Sara Kolric (Sara Coleridge, 1802 - 1852) anadan olub.

 

23 dekabr 1858 - Görkəmli rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858 -1943) anadan olub.

1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.

 

23 dekabr 1931 - Məşhur aktyor, SSRİ-nin Xalq artisti Lev Konstantinoviç Durov anadan olub. “Qorxma, mən səninləyəm” (San Sanıç) Azərbaycan filmində, “Baharın on yeddi anı” (agent Klaus), “Piliqrim” kapitanı” (kapitan) və s. filmlərə çəkilib.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik.




Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009