ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Mədəniyyət gündəliyi: xronoqraf > 31 dekabr

Mədəniyyət gündəliyi

elektron xronoqraf

 

31 dekabr

 

Azərbaycan

 

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1989 -cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədini keçərək Cənub Azərbaycandakı soydaşlarımıza qovuşublar. Bu hadisə Azərbaycan tarixinə ümumxalq həmrəyliyi aksiyası kimi düşdü.

1991 – ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası Ali Sovetinin 25 dekabr 1991-ci il tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.

 

31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) anadan olub. Çoxsaylı sənədli-xronika filmlər çəkib. "Lətif" (1930), "İsmət" (1934) və s. bədii filmlərə quruluş verib.

 

31 dekabr 1907 - Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 - 5.11.1978) Bakının Ramana kəndində doğulub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.

 

31 dekabr 1910 – Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov”; 1910 - 29.3.1984) Ordubadda anadan olub. Əsərləri; “Babək”, “Odlar içində”, “Məhəbbət abidəsi”, “Vətən” (pyeslər); “Səngərdən gələn səslər”, “Bir güllə”, “Şeypur səsləri” (povestlər).

 

31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) Bakıda doğulub. Böyük Vətən müharibəsində iştirak edib, ağır yaralanaraq tərxis (1943) olunub. Uşaq-gənclər üçün çoxsaylı əsərlərin müəlifidir. Kitabları: “ Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında”, “Bizim dünya” və s.

 

31 dekabr 1925 - Ədəbiyyatşünas alim, Filoloğiya elmləri doktoru professor Sadiq Cəfər oğlu Şükürov Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Zəngibasar rayonunun Zəhmət kəndində doğulub.

 

31 dekabr 1927 – Tanınmış opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev (1927 – 1.2.2006) аnаdаn оlub.

1957-ci ildən Opera və Balet Teatrında çalışıb. Əsas rolları: Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası") və s.

“Böyük dayaq” (Salman), “Gecə qatarında qətl” (şef) filmlərində çəkilib.

* * *

 

31 dekabr 1932 - Şair Bəhmən Vətənoğlu (Bəhmən Kalış oğlu Abbasov; 1932-2004) Kəlbəcər rayonunun Seyidlər kəndində аnаdаn оlub. «Haqqa qardaş yaranmışam» (1985), «Allahsız dünya» (1992) «Vətən bizi bağışlamaz» (1995), «Qaldı ürəyimdə dağı dağların» (1997), «Nə yaman aldatdın Bəhməni, dünya» şeir topluları

 

31 dekabr 1934 - Böyük yazıçı-dramaturq, şair, nasir, ssenarist, rejissor Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899, Xızı - 1934) vəfat edib.

Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub. Pyesləri: "Solğun çiçəklər", “Aydın",  "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s.

Şeir və hekayələrin, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri) müəllifidir.

* * *

 

31 dekabr 1935 - Ədəbiyyatşünas, mətnşünas alim Ofelya Əşrəf qızı Bayramova anadan olub.

 

Dünya

 

31 dekabr 1869  - Fransız rəssamı və heykəltəraşı Anri Matiss (Henri Matisse; 1869-1954) anadan olub. Forma və rənglərlə böyük effektiv emosiya yaradan əsərləri ilə məşhurdur.

 

31 dekabr 1922 - Moskvada I Ümumittifaq Covetlər qurultayında Sovet Sosialist Respublikaları İttifaqı - SSRİ təsis edilib.

İttifaq dövləti RSFSR, Ukrayna SSR, Belorusiya SSR və üç Cənubi Qafqaz respublikasının birləşdiyi ZSFSR-in (Azərbaycan, Ermənistan, Gürcüstan) təsisçiliyi ilə yaranıb.

Qurultayda SSRİ-nin ilk ali idarətemə orqanı - 18 nəfərlik Mərkəzi İcraiyyə Komitəsi (sədr Mixail Kalinin) seçilib.

«Zaqfederasiya»dan SSRİ rəhbərliyinə Nəriman Nərimanov seçilib.

 

31 dekabr 1933  - Məşhur aktyor, Rusiyanın Xalq artisti Semyon Lvoviç Farada (1933-2009) anadan olub. Filmləri: “Qaraj”, “Həmin o Münhauzen”, “Qreta” villasının sirri” və s.

 

31 dekabr 1937  - İngilis aktyoru Entoni Hopkins (Philip Anthony Hopkins) anadan olub. Filmləri: “Quzuların susması” (manyak Lekter roluna görə “Oskar” mükafatı, 1992), “Hannibal”, “”Qırmızı əjdaha” və s.

* * *

Əlavə bax:

►Mədəniyyət gündəliyi

 

® İstifadə edərkən www.azerbaycanli.org saytına istinad etməyinizi xahiş edirik. 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009