ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili > Layihə haqqında

"Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili"

1813-2013

Xronoqraf

"Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili" elektron xronoqraf layihəsi Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihə Effektiv Təşəbbüslər Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2008-ci ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti – altıncı mərhələsidir. 

Layihənin birinci mərhələsində (sentyabr-dekabr 2008) www.azerbaycanli.org veb-saytı yaradılmış, "Azərbaycan tarixi günbəgün" kitab-təqvim hazırlanmış və nəşr edilmişdir. Sonrakı mərhələlərdə www.azerbaycanli.org saytında dörd elektron-toplu (xronoqraf) hazırlanmışdır: "Bizim təqvim", "Qarabağ tarixinin salnaməsi", "Qarabağ ədəbiyyatı", "Mədəniyyət gündəliyi".

Təqdim olunan layihə çərçivəsində hazırlanan elektron xronoqraf bu sıranı daha da zənginləşdirəcək. 

* * *

 

Layihədə qoyulan problemin təsviri

2013-cü ildə xalqımızın tarixinə möhür vuran, daima sonsuz nisgil içində anılan bir hadisənin – Azərbaycanın Şimal və Cənuba bölünməsinin 200 ili tamam olur. 1813-cü ildə Gülüstan müqaviləsi ilə Azərbaycan torpaqlarının Araz çayı boyunca çar Rusiyası və İran (Qacarlar) dövləti arasında ikiyə bölünməsi nəticə etibarilə tariximizdə, mədəniyyətimizdə, xalqımızın ictimai-siyasi, sosial, mədəni həyatında dərin izlər qoydu.

Tarixin gərdişi ilə Şimali Azərbaycan – bugünkü Azərbaycan Respublikası suveren, müstəqil, öz taleyinin hakimi, öz inkişaf yolu olan dövlətdir, müasir dünya birliyində layiqli yer tutur. Cənubdakı soydaşlarımız, yurd yerlərimiz isə (yenə tarixin gərdişi ilə) başqa bir dövlətin tərkibindədir. Tarixin dərk olunmasında siyasət hər zaman müəyyənedici rol oynamışdır, biz də bu reallığı dərk edir, anlayırıq.

Bununla belə, güneyli soydaşlarımızın keçdiyi yol, Arazın o tayında qalmış tarixi irsimiz, mədəniyyətimiz, görkəmli şəxsiyyətlərimiz barədə məlumatlı olmaq, bu tarixi öyrənmək, təbliğ etmək və dünyaya tanıtmaq borcumuzdur. Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi güc artır. Öz keçmişini tam şəkildə dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır. Tarixi yurd yerlərimiz coğrafi baxımdan bölünmüş olsa da, tarixi yaddaşımız əslində bütövdür, bölünməzdir və biz onu bütöv halda qəbul etməliyik.

Qloballaşan dünyada qabaqcıl yer tutmaq istəyən xalq iqtisadi, elmi potensialı ilə yanaşı, tarixi irsi, mədəniyyəti ilə də tanınmalıdır. Prezident İlham Əliyev 2012-ci il oktyabrın 4-də İkinci Bakı Beynəlxalq Humanitar Forumda çıxış edərkən bununla bağlı demişdir: Müxtəlif dövrlərdə başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, öz mədəni, tarixi irsimizi saxlaya bilmişik, qoruya bilmişik. Başqa mədəniyyətə, tarixə hörmət öz mədəniyyətinə, tarixinə hörmətdən başlamalıdır. Biz çox istəyirik ki, gənc nəsil milli ruhda, öz tarixinə, mədəniyyətinə hörmət ruhunda böyüsün, tərbiyə alsın. Hər bir azərbaycanlı öz tarixini bilməlidir”.

Bu istiqamətdə dövlət institutları ilə bərabər, qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm məsuliyyət düşür. Təqdirəlayiq haldır ki, 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələyə xüsusi diqqət ayırır, tarix və mədəni irsimizin təbliği ilə bağlı layihələrə, təşəbbüslərə maliyyə yardımı göstərir. Müasir dövrdə bu işləri internet məkanında, elektron resurslar vasitəsilə daha effektli şəkildə görmək mümkündür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti öz çıxışlarında bu fikri daima nəzərə çatdırır: Uzaq tarixin və yaxın tarixin həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır”.

Təqdim olunan layihə bu fəaliyyətə töhfə vermək məqsədi daşıyır. Hazırlanması nəzərdə tutulan elektron xronoqraf paralel olaraq iki – Şimali Azərbaycan və Cənubi Azərbaycan bölümlərindən ibarət olacaq. Elektron salnamədə ötən 200 ildə - 1813-cü ildə Azərbaycan torpaqlarının ikiyə bölünməsindən bugünədək Şimali və Cənubi Azərbaycanda baş verən tarixi, ictimai-siyasi hadisələr, hər iki tayda xalqımızın mədəniyyətinin, ədəbiyyatının inkşafı, görkəmli şəxsiyyətləri ilə bağlı yığcam ensiklopedik məlumatlar xronoloji qaydada əks olunacaq. Xronoqrafda mətnlər müvafiq foto-illüstrativ materiallarla müşayiət olunacaq.

Layihə təşkilatımızın 2008-ci ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsi olaraq nəzərdə tutulur. Azərbaycanın tarix və mədəniyyəti ilə bağlı informasiya resurslarının hazırlanmasını ehtiva edən çoxmərhələli layihə çərçivəsində 2009-cu ildə www.azerbaycanli.org veb-saytı (Azərbaycan və rus dillərində, qismən ingilis dilində) işə salınmış, "Bizim təqvim" elektron toplusu hazırlanmış, 2010-cu ildə saytın bazasında “Qarabağ tarixinin salnaməsi”, 2011-ci ildə “Qarabağ ədəbiyyatı”, 2012-ci ildə “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafları tərtib edilərək istifadəyə verilmişdir.

Yeni layihə təşkilatımızın indiyədək gördüyü işlərə və bu sahədə qazandığı təcrübəyə müvafiq olaraq hazırlanıb.

 * * *

Layihənin məqsədi:

Azərbaycanın Şimal və Cənuba bölünməsindən (1813) keçən iki yüz ildə xalqımızın ümumi tarixini, mədəniyyət və ədəbiyyatının inkişafını vəhdət halında təqdim edən, milli yaddaşımızı yaşatmağa xidmət edən elektron xronoloji toplunun hazırlanması. Bununla tarixi həqiqətlərimizin təbliğinə, o taylı – bu taylı mədəniyyət, ədəbiyyat xadimlərimizin tanıdılmasına praktik töhfə vermək.

 

Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

 

  • Layihə ilə bağlı zəruri olan biblioqrafiyanın, yazılı (çap) və elektron mənbələrin müəyyən edilməsi;

  • Xronoqrafın Şimali Azərbaycan bölməsi üzrə materailların çap və elektron mənbələrdən toplanması (XIX əsrin əvvəlindən – 1813-cü ildən başlayaraq), xronoloji qaydada işlənməsi, mətnlərin hazırlanması, redaktə olunması;

  • Xronoqrafın Cənubi Azərbaycan bölməsi üzrə materailların çap və elektron mənbələrdən toplanması, xronoloji qaydada işlənməsi, mətnlərin hazırlanıb redaktə olunması;

  • Elektron salnamənin veb-səhifəsinin hazırlanması (www.azerbaycanli.org saytında ayrıca link və banner), texniki və proqram təchizatı (hostinq ayrılması, dizayn və s.), materiaların veb-səhifənin bölmələrinə (xronoloği qaydada) yerləşdirilməsi;

  • Elektron xronoqrafın veb ünvanının (link və banner) internet məkanda yayılması, müxtəlif sayt və elektron resurslarda yerləşdirilməsi. Layihə ilə bağlı kütləvi informasiya vasitələrində materialların dərc olunması.

  * * *

** Layihədən Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, özəlliklə Cənubi Azərbaycanda son iki əsrdə baş verən tarixi proseslər, orada yaşayıb-yaradan ədəbiyyat xadimləri, maarifpərvər, mütəfəkkir insanlar barədə məlumat almaq istəyən, eləcə də bu mövzuları öyrənmək, tədqiq etmək istəyən hər kəs faydalana bilər.

      * * * 

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

  • “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” xronoqrafına materail toplamaq üzrə əsas mənbələrin müəyyənləşməsi. Bu iş həm çap nəşrlərini (kitab, toplu, qəzet, jurnal), həm də elektron resursları (saytlar, elektron nəşrlər) əhatə edəcək.

  • Xronoqrafın Şimali Azərbaycan bölməsi üzrə materailların çap və elektron mənbələrdən toplanması (XIX əsrin əvvəlindən – 1813-cü ildən başlayaraq müasir dövrədək).

  • Xronoqrafın Cənubi Azərbaycan bölməsi üzrə materailların çap və elektron mənbələrdən toplanması (XIX əsrin əvvəlindən müasir dövrədək).

  • Xronoqrafın Şimali Azərbaycan və Cənubi Azərbaycan bölmələrinə dair toplanmış materailların xronoloji qaydada bölüşdürülməsi və işlənməsi, metarialların redaktəsi.

  • Elektron salnamənin veb-səhifəsinin proqram təminatı (www.azerbaycanli.org saytında ayrıca link və banner, hostinq həcminin ayrılması və s.). Hazır materialların iki paralel toplu olaraq (Şimali və Cənubi Azərbaycan üzrə) veb-səhifələrdə (www.azerbaycanli.org saytı) yerləşdirilməsi.

  • Layihənin kütləvi informasiya vasitələrində işıqlandırılması. Elektron xronoqrafın veb ünvanının (link və banner) internet məkanda yayılması.

 * * *

Layihənin icra müddəti 4 (dörd) aydır. 2013-cü ilin aprel-iyul aylarında icra olunması nəzərdə tutulur. İcra planı layihəyə əlavə olunur.

 

 * * *

Layihənin icrasından əldə ediləcək nəticələri belə sıralamaq olar:

  • İnternet məkanda ilk dəfə xalqımızın o taylı - bu taylı 200 illik tarixini (1813-cü ildə Azərbaycanın Şimal və Cənuba bölünməsindən sonra) ümumi şəkildə, bütöv tarixi yaddaş olaraq təqdim edən elektron salnamə - xronoqraf hazırlanacaq.

  • Elektron topluda bu iki yüzillikdə Şimali və Cənubi Azərbaycanda baş verən, bir sıra hallarda daxili əlaqəsi olan hadisələr, ictimai-siyasi proseslər, eləcə də fərqli quruluşlarda inkişaf edən mədəniyyət və ədəbiyyatımızın tarixi paralel şəkildə əksini tapacaq.

  • Topluda hadisələr və şəxsiyyətlər haqqında  yığcam ensiklopedik və bioqrafik materiallar xronoloji qaydada oxuculara təqdim olunacaq. Eyni zamanda, xronoqrafın materiallarından səmərəli istifadə etmək üçün adlar və mövzular üzrə elektron axtarış sistemindən   (www.azerbaycanli.org saytı) yararlanmaq mümkündür.

  • “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” xronoqrafının veb-səhifələrində Şimali və Cənibi Azərbaycan üzrə materiallar yanaşı (paralel) şəkildə təqdim ediləcək. Bu, coğrafi ayrılığa rəğmən, tarixi yaddaşımızı bütöv şəkildə qavramağa, o tayda və bu tayda baş verən tarixi olayları müqayisə və təhlil etməyə imkan verəcək.

  • Bu gün internet məkanda və ümumiyyətlə, ictimaiyyətdə - sırf elmi tədqiqatları çıxmaq şərtilə - təhsil sahəsində, mediada Cənubi Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti barədə elmi-populyar, maarifləndirci nəşrlər, elektron resurslar, demək olar ki, yox dərəcəsindədir. Hazırlanacaq elektron toplu bu boşluğu doldurmağa müəyyən qədər imkan yaradacaq.

  • “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” xronoqrafı internet məkanda güneyli-quzeyli Azərbaycanın son ikiyüzillik tarixi, xalqımızın ümumi mədəni irsi, ədəbiyyatı, görkəmli şəxsiyyətləri barədə məlumatlar almaq istəyən hər kəsin faydalana biləcəyi mənbə olacaq.

  • Yeni elektron toplu Azərbaycanın dünyaya inteqrasiyasına töhfə vermək,tarix və mədəniyyətimizin tədqiq və təbliğ etmək məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə) www.azerbaycanli.org saytının zənginləşməsinə, əhatə dairəsinin daha da böyüməsinə vəsilə olacaq. Bu da öz növbəsində internetdə “Virtual Azərbaycan” məkanının genişlənməsinə xidmət edəcək.

 

* * * 

  • Layihənin icrası müddətində onun gedişi və nəticələri kütləvi informasiya vasitələrində işıqlandırılacaq, müxtəlif toplantı və forumlarda ictimaiyyətə məlumat veriləcək.

  • www.azerbaycanli.org saytında layihənin icrası barədə müntəzəm informasiyalar yer alacaq.

  • Layihənin icrası ilə bağlı donor təşkilatın - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ekspertləri, eləcə də Şuranın prosesə cəlb etdiyi digər ictimai qurumlar tərəfindən monitorinqlər keçiriləcək.

  • “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” elektron salnaməsinin hazırlanması” layihəsinin davamlılığının təmin olunması üçün gələcəkdə yeni fəaliyyətlərin həyata keçirilməsi, o cümlədən “Yaddaşın vəhdəti: bölünməz tariximizin 200 ili” kitabının hazırlaması və nəşri, www.azerbaycanli.org saytının zənginləşdirilməsi üçün tarix və mədəni irsimizlə bağlı yeni elektron topluların hazırlanması nəzərdə tutulur.

Layihə rəhbəri: Vüqar Orxan (Əliyev)

vuqar-orxan@mail.ru

vuqar@azerbaycanli.org



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009