ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycan dünyada > Mədəniyyət - sülh elçisi > Bakı - 2009

Bakı İslam mədəniyyətinin paytaxtıdır

2009-cu il fevralın 18-də “Bakı – İslam Mədəniyyəti Paytaxtı – 2009” tədbirlərinin təntənəli açılış mərasimi keçirildi

İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin elm, təhsil və mədəniyyət qurumu olan İSESCO-nun qərarı ilə Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üzrə İslam mədəniyyəti paytaxtlı elan olunub. Bu barədə qərar İslam ölkələri mədəniyyət nazirlərinin 2007-ci il noyabrında Tripolidə (Liviya) keçirilmiş V konfransında qəbul olunub.

"İslam mədəniyyəti paytaxtları" proqramını təsdiq edən qətnamə İSESCO-nun təklifi ilə hələ 2001-ci ildə İslam ölkələri mədəniyyət nazirlərinin Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilmişdir. Həmin vaxt qəbul edilmiş qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyəti paytaxtı” elan edilmişdi.

Bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibəti ilə seçilməlidir. Bundan əlavə, İslam mədəniyyəti paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır.

V konfransda iştirak etmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərinin "İslam mədəniyyəti paytaxtları" proqramının bütün meyarlarına tamamilə uyğun gəlməsini vurğulamış və 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan olunmasını təklif etmişdir. Təklif yekdilliklə dəstəklənmişdir.

Bakı bu yüksək və fəxri ada İslam mədəniyyəti və elm sahəsində görkəmli xidmətlərinə, İslam abidələrinin qayğı ilə qorunmasına və islam irsinin zənginləşdirilməsinə görə layiq görülmüşdür. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda səfərdə olarkən demişdir: "Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək üsuludur, çünki Bakı İslam dünyasında ən qədim şəhərlərdən biridir".

Bakının 2009-cu ildə “İslam mədəniyyəti paytaxtı” elan olunması ilə Mədəniyət və Turizm Nazirliyi tərəfindən geniş tədbirlər planı hazırlanıb. Bu tədbirlər İslam mədəniyyətinin təbliğinə töhfə olacaqdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, bu çərçivədə təkcə İslam mədəniyyəti deyil, Avropada ən çox inkişaf etmiş incəsənət növlərini nümayiş etdiriləcək, teatr festivalları, caz festivalları və başqa tədbirlər keçiriləcək: “Azərbaycan mədəniyyətlərarası dialoqun tərəfdarıdır və gələcəkdə bizim bütün fəaliyyətimiz bu istiqamətə yönələcəkdir”. 

 “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009”

TƏDBİRLƏR PLANI

    №

 Tədbirin adı

Məkan

Tarix

Yanvar

1.1

Kitabxana-kitab mağazasının açılışı

M.Seyidzadə adına Mərkəzi şəhər uşaq kitabxanası

16 yanvar

1.2

20 yanvar faciəsinə həsr olunmuş tədbirlər

 

20 yanvar

Fevral

2.1

Fransanın “Maison des cultures” assosiasiyası ilə birgə istehsal olunmuş “Aşıq musiqisi antologiyası” kompakt-disklərinin təqdimatı

Muzey Mərkəzi

2 fevral

2.2

“Gənclər Günü” ilə bağlı tədbir və gənc rəssamların əsərlərindən ibarət sərgi

Muğam Teatrı, V.Səmədova adına Sərgi salonu

2 fevral

2.3

İstanbul Konservatoriyasının tələbə simfonik orkestrinin konserti

Azərbaycan Dövlət Filarmoniyası

3 fevral

2.4

“Bakı şəhəri” foto və rəsm sərgilərinin açılışı

Muzey mərkəzi

18 fevral

2.5

“Bakı-İslam Mədəniyyətinin paytaxtı” veb saytının təqdimatı

Muzey Mərkəzi

18 fevral

2.6

Azərbaycana həsr olunmuş 2 sənədli filmin təqdimatı

Muzey Mərkəzi

18 fevral

2.7

“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” təntənəli açılış mərasimi

Heydər Əliyev sarayı

18-19 fevral

2.8

“Qədim Bakı” kitabının təqdimatı

Azərbaycan Milli Kitabxanası

19 fevral

2.9

Novruz bayramı münasibətilə «Çərşənbə axşamları» və bayram şənlikləri

“Yanar dağ” dövlət tarix mədəniyyət və təbiət qoruğu

24 fevral,
5 mart,
12 mart,
19 mart
21-22 mart

2.10

Görkəmli bəstəkar Tofiq Quliyevə həsr olunmuş foto-sərgi

Muzey Mərkəzi

fevral

2.11

Görkəmli rejissor Tofiq Tağızadənin 90 illiyinə həsr olunmuş yubiley gecəsi

Dövlət Film Fondu

fevral

Mart

3.1

“Şərq və Qərb” moda təqdimatı

Muzey Mərkəzi

6 mart

3.2

“İslam ənənəvi memarlığı” adlı gənc memarların beynəlxalq festivalının açılışı

Muzey Mərkəzi

16 mart

3.3

Beynəlxalq Muğam Festivalı

 

17-27 mart

3.4

Novruz şənliklərinin və əl işləri üzrə satış yarmarkasının təşkil olunması, alovla rəqs edən qrupların gecə təqdimatı

İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Yanar Dağ, Qız Qalası, Atəşgah

mart

3.5

“Qadın portretləri” adlı foto-sərginin açılışı

Muzey Mərkəzi

mart

3.6

“Cavad xan” bədii filmin təqdimatı

“Azərbaycan” kinoteatrı

mart

3.7

Görkəmli dramaturq Cəfər Cabbarlının 110 illiyinə həsr olunmuş kino axşamı

Dövlət Film Fondu

mart

Aprel

4.1

Uşaq xor kollektivlərinin respublika müsabiqəsi

 

01-30 aprel

4.2

Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepiano ixtisası üzrə respublika müsabiqəsi

 

01-30 aprel

4.3

İordaniya və Mərakeşin turizm şirkətləri və media nümayəndələrindən ibarət heyətin Azərbaycana infoturu

 

14-20 aprel

4.4

“AİTF” Beynəlxalq Səyahət və Turizm sərgisi

Heydər Əliyev adına İdman-konsert kompleksi

16-18 aprel

4.5

Xalq Artisti Ramiz Mirişlinin 75 illiyi.

 

17-19 aprel

4.6

«Qobustan pirləri» adlı tədbir

«Qobustan» Milli tarix-bədii qoruğu

18 aprel

4.7

İqtisadi əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı

Azərbaycan Milli Kitabxanası

20-21 aprel

4.8 

İslam mədəniyyətinə aid nadir kitabların və əlyazmaların sərgisi

Şirvanşahlar Sarayı Kompleksi

20-21 aprel

4.9 

“Milli kostyum və kuklalar” adlı beynəlxalq sərgi

Muzey Mərkəzi

20-21 aprel

4.10 

«İslam dünyası kitab səhifələrində» kitab sərgisi

 

aprel

4.11 

Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının 100 illiyi

 

aprel

4.12

Dərbənd Dövlət Dram Teatrının Bakı və Sumqayıt şəhərlərinə qastrolu

 

aprel

4.13

İslam mədəniyyəti mövzusunda əl işlərindən ibarət sərgi (xəttatlıq sənət əsərləri və s.)

 

aprel

May

5.1 

Uşaq rəqs kollektivlərinin respublika baxış-festivalı

 

06-07 may

5.2 

“Sahilkənarı şəhərlərin müasir memarlığı” adlı konfrans

 

16-22 may

5.3 

“İslam ölkələrinin tarixi şəhərləri və müasir memarlığı” adlı beynəlxalq konfrans

Muzey Mərkəzi

27-29 may

5.4 

Şirvanşahlar Sarayı Kompleksinin 45-illiyi münasibəti ilə «Azərbaycan xatunları» adlı səhnələşdirilmiş tamaşa və konsert

«Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix-memarlıq qoruq-muzeyi

 

27 may

5.5 

Xalq Artisti Oqtay Zülfüqarovun 80 illiyi

 

31 may

5.6

İSESKO təşkilatının Azərbaycanda mədəniyyət həftəsi

Muzey Mərkəzi

may

5.7 

İSESKO təşkilatının Azərbaycanda Mədəniyyət həftəsi çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında “Azərbaycan bəstəkarlarının yaradıcılığında şərq mövzusu” konserti

 

may

5.8 

II Ümumrespublika kitab festivalı

 

may

Iyun

6.1 

“Şərq dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsi

 

1 iyun

6.2 

SSRİ Xalq Artisti, görkəmli müğənni Lütfiyar İmanovun xatirə gecəsi

 

12 iyun

6.3 

«Sönməyən alovlar» adlı fotosərgi 

«Atəşgah məbədi»  Dövlət tarix-memarlıq qoruğu

 

13 iyun

6.4 

Qırğızıstan Respublikasının Azərbaycanda Mədəniyyət Günləri

 

iyun

Iyul

7.1 

İslam ölkələrinin folklor rəqs qruplarının festivalı (3 gün)

 

iyul

7.2 

Qədim geyimli Azərbaycan atçılarının “Çövkən” və digər milli atüstü oyunlarının nümayişi

 

iyul

7.3 

İran İslam Respublikasının Azərbaycanda Mədəniyyət Günləri

-

iyul

Avqust

8.1 

Kino işçilərinin peşə bayramı   

“Azərbaycan” kinoteatrı

2 avqust

Sentyabr

9.1 

Üzeyir Musiqi Gününə həsr olunmuş “Uzeyir Musiqi Həftəsi”

 

18 sentyabr

9.2 

“Şərq-Qərb” beynəlxalq kinofestivalı

Heydər Əliyev sarayı, “Azərbaycan” kinoteatrı

18-24 sentyabr

9.3 

«Alovlu gecələr» adlı əbədi-musiqili axşam

«Atəşgah məbədi»  Dövlət tarix-memarlıq qoruğu

19 sentyabr

9.4 

Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş “Aşıq Qərib” tamaşası

Akademik Opera və Balet Teatrı

20 sentyabr

9.5 

Ramazan Bayramı münasibətilə ilə xeyriyyə tədbiri

Nardaran tarix-mədəniyyət qoruğu

20 sentyabr

9.6 

Görkəmli tarzən, xalq artisti Əhsən Dadaşovun 85 illiyinə həsr olunmuş tədbir

Azərbaycan Dövlət Filarmoniyası

22 sentyabr

9.7 

Görkəmli musiqiçi, musiqişünas alim Mir Möhsün Nəvvabın 175 illiyinə həsr olunmuş tədbir

Üzeyir Hacıbəyovun ev – muzeyi

23 sentyabr

9.8 

SSRİ Xalq Artisti Soltan Hacıbəyovun 90 illiyinə həsr olunmuş konsert

Azərbaycan Dövlət Filarmoniyası

25 sentyabr

9.9 

İstanbulun «Əsgəri» muzeyində saxlanılan Şirvanşahlar dövrünə aid zirehli geyimlər sərgisinin açılış mərasimi

«Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix-memarlıq qoruq-muzeyi

25 sentyabr

9.10 

İslam ölkələri şairlərinin əsərlərindən ibarət almanaxın nəşri

 

sentyabr

9.11 

İslam dünyası şairlərinin poeziya gecəsi (İran, Türkiyə, Qazaxıstan, Azərbaycan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Misir, Türkmənistan)

 

sentyabr

9.12 

İSESKO üzv dövlətlərinin mətbəx  mədəniyyətinə həsr olunmuş beynəlxalq festival (konfrans, kulinariyaya həsr olunmuş incəsənət əsərlərinin nümayişi, kulinariya-incəsənət yarışları və s.)

Muzey Mərkəzi

sentyabr

9.13 

Kalliqrafiya sənətinə həsr edilmiş “Kalliqrafiya dialoqu” adlı sərgi

Muzey Mərkəzi

sentyabr

9.14 

Mərakeş Krallığının Azərbaycanda Mədəniyyət Günləri

-

sentyabr

Oktyabr

10.1 

Dekorativ tətbiqi sənət nümunələrinin sərgi-satışı (1 ay) və I Ümumrespublika dekorativ – tətbiqi sənət Festivalının yekun sərgisi

 

01-31 oktyabr

10.2 

Bakıda Şəhriyar poeziya günləri

 

oktyabr

10.3 

TÜRKSOY Daimi Şurasının növbəti toplantısı

 

oktyabr

10.4 

Mədəniyyət Nazirlərinin VI İslam Konfransı

Gülüstan Sarayı

oktyabr

10.5 

İSESKO-ya üzv dövlətlərin xalqlarının bənzər sənət, ev, mətbəx əşyalarının və dekorativ-tətbiqi yaradıcılığına həsr edilmiş “Nuhun Gəmisi” adlı sərgisi

Muzey Mərkəzi

oktyabr

10.6 

“Bakı-İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda elmi konfrans

 

oktyabr

10.7 

“İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik” adlı konfrans

 

oktyabr - noyabr

Noyabr

11.1

“İslamda mədəniyyət və gözəllik amili” adlı beynəlxalq elmi-praktiki konfrans

Muzey Mərkəzi

9-10 noyabr

11.2

Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi

Dövlət Akademik Opera və Balet Teatrı

24 noyabr

11.3 

Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransında əsası qoyulmuş “Sənətçilər dialoq naminə” layihəsi çərçivəsində “Şərq-Qərb” Beynəlxalq rəqs festivalı

 

24-28 noyabr

11.4 

Qurban Bayramı münasibətilə ilə xeyriyyə tədbiri

Nardaran tarix-mədəniyyət qoruğu

28 noyabr

11.5 

Dövrü mətbuatda “İslam mədəniyyəti” mövzusunda ən yaxşı məqalə müsabiqəsi

 

noyabr

11.6 

Böyük Britaniyanın Viktoriya və Albert muzeyinin “İslam üst geyimləri Viktoriya və Albert muzeyində” sərgisi

Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni binası

noyabr

11.7 

IV Beynəlxalq “Alüminium” Müasir İncəsənət Biennalesi

Müxtəlif məkanlar

noyabr

11.8 

Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin ifasında islam ölkələri bəstəkarlarının əsərlərindən ibarət konsertlər

Azərbaycan Dövlət Filarmoniyası

noyabr

11.9 

“Azərbaycan milli musiqisi” qala konserti

Şirvanşahlar Sarayı Kompleksi

noyabr

Dekabr

12.1 

I Respublika dekorativ – tətbiqi sənət festivalının bağlanışı

 

14-15 dekabr

12.2 

“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” Mədəniyyət İlinin təntənəli bağlanış mərasimi

Heydər Əliyev sarayı

15 dekabr

12.3 

Beynəlxalq Rostropoviç Klassik Musiqi festivalı

Azərbaycan Dövlət Filarmoniyası

dekabr

12.4 

Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi

 

dekabr

12.5 

“Azərbaycan kino ensiklopediyası”nın
təqdimatı

Muzey Mərkəzi

dekabr

İl ərzində

13.1 

Azərbaycan muzeylərində qorunub saxlanılan İslam mədəniyyətinə aid eksponatların muzey replikalarının hazırlanması

-

İl ərzində

13.2 

“Azərbaycanın kitab abidələri” DVD diskinin hazırlanması üçün materialların toplanması, sistemləşdirilməsi və buraxılması (3000 nüsxə)

-

İl ərzində

13.3 

2009-cu il üçün istifadəsi nəzərdə tutulmuş bank, sim, İnternet kartlar, aviauçuş, dəmiryolu biletləri və s. üzərində “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” loqotipinin və Azərbaycanın İslam mədəniyyətinə və incəsənətinə aid abidə və əsərlərinin təsvirlərinin yerləşdirilməsi

-

İl ərzində

13.4 

“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” mövzusunda Azərbaycan, ingilis və ərəb dillərində çap məhsullarının (kitab, buklet, kataloq, açıqca), suvenir və s. əyani vəsaitlərin hazırlanması

-

İl ərzində

13.5 

«Qobustan» kitabının nəşri

-

İl ərzində

13.6 

“Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” adlı reklam çarxının hazırlanması və il ərzində milli və xarici televiziya kanallarında nümayişinin təşkil edilməsi

-

İl ərzində

13.7 

Milli və xarici kütləvi informasiya vasitələrində “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” mövzusunda məqalələrin dərc olunması, televiziya verilişlərinin hazırlanması və nümayiş etdirilməsi

-

İl ərzində

13.8 

Azərbaycanın birinci xanımına həsr olunmuş “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının rus və ingilis dilinə tərcümə edilməsi və nəşri

-

İl ərzində

13.9 

Son 100 ildə Azərbaycan və ümumən İslam dünyasında yetişən, 2009-cu ildə yubileyi  olan görkəmli ədəbiyyat xadimlərinin təntənəli tədbirlərinin keçirilməsi,  o cümlədən Cəfər Cabbarlının 110, Mehdi Hüseynin 100, İsmayıl Şıxlının 90, Həmid Araslının 100, Məmməd Cəfərin 100, Aida İmanquliyevanın 70, Vaqif Səmədoğlunun 70, Rüstəm İbrahimbəyovun  70 illik yubileylərinin qeyd edilməsi

-

İl ərzində

13.10 

Kalliqrafiya, miniatür rəssamlıq, ornament sənəti üzrə ustad-sinifləri

Muzey Mərkəzi

İl ərzində

13.11 

İslam mədəniyyətinə aid Azərbaycan muzeylərində qorunub saxlanılan eksponatlardan ibarət sərgi

Azərbaycan Dövlət İncəsənət Muzeyi

İl ərzində

13.12 

“İslam memarlığında ornament” adlı sərgi

-

İl ərzində

13.13 

“Şərq dünyası Azərbaycan bəstəkarlarının yaradıcılığında” musiqi layihəsinin həyata keçirilməsi

Azərbaycan Dövlət Filarmoniyası

İl ərzində

13.14 

Qətər, Küveyt və Bəhreynin turizm şirkətləri və media nümayəndələrindən ibarət heyətlərin Azərbaycana infoturu

 

İl ərzində

13.15 

İSESKO üzv dövlətlərinin Beynəlxalq Turizm Filmləri Festivalı

-

İl ərzində

13.16 

İordaniya Krallığının Azərbaycanda Mədəniyyət Günləri

-

İl ərzində

13.17 

Qətər Dövlətinin Azərbaycanda Mədəniyyət Günləri

-

İl ərzində

  

Mənbə: Mədəniyyət və Turizm Nazirliyi  



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009