ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Vətənimiz Azərbaycan > Cəmiyyət > İctimai təşkilatlar və KİV

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranması müstəqil Azərbaycan dövlətçiliyinin inkişafı ilə bilavasitə şərtləndirilən amillərlə bağlıdır.

Demokratiya yolu ilə addımlayan bütün sivil dövlətlərdə olduğu kimi, bizim ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğunun ictimai-siyasi zərurətə çevrilməsi müəyyən zaman kəsiyində mümkün olmuşdur. İctimai sektorla bağlı məsələlərin bütün aspektləri illər ərzində aparılmış geniş müzakirələr nəticəsində daha da zənginləşdirilmiş, bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilmişdir.

27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası ölkəmizdə QHT inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi.

Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra Cənab Prezidentin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və Şuranın Əsasnaməsi təsdiq edildi.

Nəhayət, QHT nümayəndələri arasında aparılmış demokratik, şəffaf seçkilərdən sonra dövlət başçısının 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edildi və bununla da Şura fəaliyyətə başladı.

www.cssn.gov.az

* * *

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilmişdir

-16.04.2008-

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i isə qeyri-hökumət təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilmişdir.

Dövlət orqanlarından Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Süleymanov Tahir Veys oğlu, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi Məmmədov İlqar Kamil oğlu, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Məcidli Vüqar Sabir oğlu, qeyri-hökumət təşkilatlarından isə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Hüseynova Gülnarə Alxas qızı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Qədirov Vüqar Kərim oğlu, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Quliyev Azay Əjdər oğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Məmmədov Sahib Məlik oğlu, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Mirzəzadə Rəna Rza qızı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Nuriyev Əliməmməd Mali oğlu, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti Osmanlı Ceyhun Yunis oğlu, “Mülk” İctimai Assosiasiyasının prezidenti Vəliyeva Dilarə Hətəm qızı şura üzvü təyin olunmuşlar.

 * * *

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri seçilib

-21.04.2008-

Millət vəkili Azay Quliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dəstək Şurasının sədri seçilib. Bu barədə APA-ya A. Quliyevin özü məlumat verib.

Bu gün qurumun ilk iclasının keçirildiyini deyən A. Quliyev toplantıda şuranın rəhbərliyinin formalaşdırıldığını bildirib: “Şura üzvləri sədr kimi mənə etimad göstərdilər.

Qurumun sədr müavini vəzifəsinə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanov, katibi vəzifəsinə isə Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Vüqar Məcidli seçildi. Bizə göstərilən etimadı doğrultmağa çalışacağıq”.

A. Quliyev yeni vəzifəyə seçilməsi ilə əlaqədar Milli QHT Forumunun prezidenti vəzifəsindən istefa verdiyini söyləyib.  

* * *

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı

Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil KİV formalaşmaqdadır.

Dövlət dördüncü hakimiyyət adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır.

KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır.

Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır.

Kütləvi informasiya vasitələrinə yardım

Azərbaycan Respublikası KİV-in keyfiyyət və kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur. Hazırda Azərbaycanda 1830 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib ki, bunların da 1750-i qəzet, 80-i televiziya və radio yayımı xidmətləridir. Qəzet və jurnalların yalnız 15 faizi hökumət strukturları tərəfindən təsis edilmişdir. Qəzetlərin 65 faizindən çoxu müxalifət yönümlü siyasi və ictimai təşkilatlara, özəl strukturlara və hüquqi şəxslərə məxsusdur.

Rəsmi informasiya əldə edilməsinə hökumət strukturları tərəfindən heç bir məhdudiyyət qoyulmur. Müxtəlif nazirliklərin və digər dövlət orqanlarının mətbuat xidmətləri rəsmi informasiyanın ictimaiyyətə çatdırılmasına cavabdehdirlər. Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.

Teleradio yayımı

Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. "Teleradio yayımı" haqqında Qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır.

Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir. Şuranın 9 üzvündən 6-sı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Şura müvafiq qanuna uyğun olaraq teleradio yayımı, yayım kanallarına lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdehdir.

İctimai televiziya

"İctimai televiziya və radio yayımı" haqqında Qanun 9 yanvar 2004-cü ildə qəbul edilmişdir. Qanunda Avropa Şurası ekspertlərinin fikirlərinin əks olunması məqsədilə Azərbaycan Respublikası Prezidenti ona veto qoymuş və o, təkrar müzakirə üçün Parlamentə göndərilmişdir. Düzəlişlər edildikdən sonra qanun Avropa Şurası ekspertlərinə göndərilmişdir.

2004-cü il sentyabrın 28-də İctimai Televiziya haqqında qanun Milli Məclis tərəfindən qəbul olunmuş və noyabrın 5-də qeyd edilən qanunun qüvvəyə minməsi haqqında Prezident fərmanı verilmişdir. 2005-ci il avqustun 29-da Ictimai Televiziya fəaliyyətə başlayıb.

Mətbuat Şurası

İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur. Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəmə çəkişmələrinədək aradan qaldırılmasından ibarətdir.

Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir. 2004-cü ilin martında Mətbuat Şurası özünün ikinci konqresini keçirmişdir. Şura cari fəaliyyəti müzakirə etmək üçün müntəzəm olaraq iclaslar keçirir. Hazırda Şura jurnalistlərə vahid jurnalist vəsiqələri verir və kütləvi informasiya vasitələri arasında geniş yayılmış reket hallarına qarşı mübarizə aparır.

İnformasiya azadlığı

Bu qanun layihəsindəki müddəaların demokratik prinsiplərə uyğunlaşdırılması üçün geniş müzakirələr aparılmışdır. Qanun layihəsinin informasiya məsələləri üzrə müvəkkillik institutunun yaradılmasını nəzərdə tutan fəsli geniş müzakirələrə səbəb olmuşdur. Bu fəslin Qanunda öz əksini tapıb-tapmaması məsələsinə ekspert qrupunun yenidən baxması məqsədəuyğun hesab edilmişdir. Hazırda bu qanun layihəsi ikinci oxunuşdadır. Parlamentin payız sessiyasının sonuna qədər bu qanun layihəsinin qəbul ediləcəyi planlaşdırılıb.

Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan Hökuməti böhtanla bağlı qanunvericiliyin yumşaldılması üçün müvafiq tədbirlər görür. Bu məqsədlə, böhtanla bağlı müddəaların Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi nəzərdə tutulur. Qəzetlərin heç biri öz dövriyyələrində məhdudiyyətlərlə üzləşmirlər.

Bütün qəzetlər ölkə üzrə sərbəst yayılır. Son zamanlar bir sıra qəzetin nəşriyyatlarla bağlı üzləşdiyi problemlər texniki xarakter daşımış və həmin qəzetlərin redaktorlarının öz qəzetlərini özəl nəşriyyatlarda çap etməyə üstünlük verməsi faktı ilə əlaqədar olmuşdur. Dövlət nəşriyyatları həmin qəzetlərin dərcinə heç bir məhdudiyyət qoymamışlar. 

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009