ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycan dünyada > Uzaq tərəfdaşlıq > Amerika > 2009 > May

Amerika Azərbaycanla antiterror tərəfdaşlığını gücləndirmək niyyətindədir

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın xarici terror təşkilatları və ekstremist qrupların diqqət mərkəzində olduğu vurğulanır

-02.05.2009-

«Azərbaycan terror təşkilatları ilə əlaqəsi olan ekstremistlər üçün məntiqi maşrutdur» - bu fikir ABŞ Dövlət Departamentinin 2009-cu il aprelin 30-da açıqladığı növbəti (illik) antiterror hesabatında qeyd olunur. Dövlət Departamentinin yeni hesabatı 2008-ci ildə dünyada terrorçuluq və onunla mübarizə məsələlərinə həsr edilib.

Hesabatın Azərbaycan aid bölməsində ölkəmizin beynəlxalq terror təşkilatları və ekstremist qrupların diqqət mərkəzində olduğu, Azərbaycanın bu qüvvələr üçün cəlbedici məkan və fəaliyyət marşrutu sayıldığı nəzərə çatdırılır. Hesabatda xüsusilə İrana bağlı olan təşkilat və qruplaşmaların Azərbaycan ərazisindən istifadə etməyə meylli olduğu vurğulanır: «Azərbaycan terror təşkilatları ilə əlaqəsi olan ekstremistlər, eyni zamanda, İran tərəfindən idarə olunan və ya həvəsləndirilən təşkilatlar üçün məntiqi maşrutdur».

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin öncəki hesabatında da bənzər fikirlər, o cümlədən İranla əlaqəli ekstremist qüvvələrin Azərbaycandan yararlanmaq cəhdlərinə yer verilib. «Bu ekstremistlər insanların və pulun tranziti kimi Qafqaz ərazisindən istifadə etməyə çalışırlar», - deyə budəfəki hesabatda bildirilir.

Bununla yanaşı, sənəddə vurğulanır ki, Azərbaycan hökuməti həmin qüvvələrə qarşı «aktiv mübarizə aparır və onların fəaliyyətlərinin azalmasına nail olub». Hesabatda həmçinin bildirilir ki, Azərbaycan terrorizmin maliyyələşdirilməsi ilə mübarizə aparır və terroru maliyyələşdirə biləcək mənbələrin tapılması üçün yerli banklara şübhəli terrorçu qruplarının siyahısı verilir.

Lakin sənəddə bu sahədə görülən işlərin hələ də yetərli olmadığı qeyd olunur. Hesabatda nəzərə çatdırılır ki, Azərbaycanda hələ də pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında qanunvericilikdə islahatlar başa çatmayıb. Bu məsələdə Avropa Şurasının da Azərbayana iradları olduğu qeyd edilir. «Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə dair qanun layihəsi qanunvericilik prosesində son mərhələsindədir»,- deyə hesabatda vurğulanır. Xatırladaq ki, Azərbaycanda sözügedən qanunun qəbulunun ləngiməsi Dövlət Departamentinin ötənilki (2007-ci ilə dair) hesabatda əksini tapmışdı.

Hesabatda 2008-ci il avqustun 17-də Bakıda məscidə (Əbu-Bəkr məscidi) qumbara atılması faktı ilə bağlı antiterror təhqiqatına yer verilib və bununla bağlı 13 nəfərin həbs edildiyi qeyd olunur. Hesabatda Azərbaycan MTN-nin 2008-ci il 2 sentyabr bəyanatına əsasən, həmin teraktın Rusiyanın Dağıstan bölgəsində ekstremist fəaliyyət göstərən İlqar Mollaçıyev tərəfindən idarə edildiyi, Mollaçıyevin Rusiya təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmada öldürüldüyü nəzərə çatdırılır.

Ümumilikdə isə Dövlət Departamentinin hesabatında Azərbaycanın terrorizmlə mübarizə sahəsində ABŞ-la çox sıx əməkdaşlıq etdiyi qeyd olunur: «2001-ci ilin 11 sentyabr olaylarından sonra Azərbaycan ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstək olaraq öz hava məkanından istifadə imkanı verib». Hesabatda bildirilir ki, 2002-ci ilin noyabrından Azərbaycan ordusunun taqımı (əvvəl 30, sonra 45 nəfər - red.) Əfqanıstanda Türkiyə kontingentinin tərkibində sülhməramlı əməliyyatlarda iştirak edir. Həmçinin qeyd olunur ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı kontingentini 90 nəfərə çatdırmaq barədə qərar qəbul edib.

Bundan əlavə, 2003-cü ilin avqustundan 2008-ci ilin noyabrınadək Azərbaycanın 150 nəfər hərbçisinin İraqda sülhyaratma əməliyyatlarında ABŞ qüvvələri ilə birgə iştirak etdiyi vurğulanır. Hesabatda qeyd olunur ki, Birləşmiş Ştatlar Azərbaycanın beynəlxalq antiterror mübarizəsində iştirakını yüksək qiymətləndirir və bu tərəfdaşlığı gücləndirmək istəyir.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti iki gün öncə (30 aprel) Bakıda baş vermiş qanlı faciə - Dövlət Neft Akademiyasının tədris korpusuna silahlı basqınla bağlı Azərbaycan xalqına başsağlığı verib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud Vaşinqtonun «dost və strateji müttəfiq olan Azərbaycanı» dəstəkləyini bildirib. Vud aprelin 30-da keçirdiyi gündəlik mətbuat konfransının girişində bunları deyib: «Biz həmçinin faciə zamanı həlak olanların ailələrinə və dostlarına başsağlığı veririk. Birləşmiş Ştatlar, dostumuz və strateji müttəfiqimiz olan Azərbaycanı hazırkı sarsıntılı və kədərli zamanlarında dəstəkləyir».

Dövlət Departamentinin budəfəki hesabatında ABŞ-ın Ermənistanla antiterror əməkdaşlığına da yer verilib. Qeyd edək ki, Ermənistan Amerika ilə antiterror əməkdaşlığına real olaraq 2006-cı ildən başlayıb. Həmin il Ermənistandan 46 nəfərlik heyət İraqdakı sülhyratma əməliyyatına qoşulub.

Hesabatda ABŞ-ın Ermənistanla terrorun maliyyələşdirilməsi ilə mübarizə sahəsində də əməkdaşlıq etdiyi, Ermənistanda bu sahəyə dair müvafiq qanunların qəbul edildiyi, birgə treninqlərin keçirildiyi və s. vurğulanır. Lakin Dövlət Departamenti nəzərə çatdırır ki, Ermənistanda geniş yayılmış korrupsiya bu qanunların səmərəli işləməsinə və Ermənistanın terrorizmlə mübarizə sahəsində vəziyyətinin yaxşılaşdırılmasına əngəl törədir.

ABŞ Dövlət Departamentinin yeni antiterror hesabatında terrorun arxasında duran ölkələrin siyahısı isə əvvəlki illərlə müqayisədə dəyişməyib. Dövlət Departamenti bəyan edir ki, dünyada terrorçuluğun ən fəal sponsoru İrandır. Bu ölkənin “Həmas”, “Hizbullah” təşkilatlarına, həmçinin İraqdakı ekstremist qüvvələrə və Əfqanıstanda talibançılara kömək göstərdiyi qeyd olunur. Hesabatda həmçinin Suriya, Sudan və Kuba terror dəstəkləyən ölkələr olaraq qeyd olunub.

Hesabatda hazırda dünyanın terror təhlükəsinə ən həsas ölkəsi olaraq isə Pakistan göstərilir. Sənəddə deyilir ki, Qərb ölkələri üçün terror aktları törədilməsi təhlükəsini daha çox Pakistanın şimal-qərbində bazaları olan «Əl-Qayda» təşkilatı yaradır. Sənəddə o da deyilir ki, dünyada terror aktlarının azalması müşahidə edilir. Amma Pakistanda terror aktlarının sayı artıb. 2008-ci ildə ölkədə 2293 nəfər terrorun qurbanı olub. Sənəddə Əfqanıstanda terrorçuluq fəaliyyətinin artdığı da qeyd olunur. Maraqlıdır ki, 2003-cü ildə ABŞ-ın hərbi müdaxiləsindən sonra əsl terror girdabına çevrilmiş İraqa bu sırada o qədər də yer verilmir. Sənəddə həmçinin bu illərdə İraqda terrorun belə baş qaldırmasının gerçək səbəbləri barədə də söhbət açılmır.

Vüqar Orxan, "525-ci qəzet", 02.05.2009.   

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009