“Effektiv Təşəbbüslər Mərkəzi”
demokratik dəyərlərin öyrənilməsi və təbliği
İctimai Birliyi
“Effektiv Təşəbbüslər Mərkəzi” (ETM) demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi 2005-ci ildə bir qrup tarixçi, hüquqşünas, iqtisadçı, politoloq və jurnalistlin birgə təşəbbüsü ilə yaranmış qeyri-hökumət təşkilatıdır.
Təşkilat 2005-ci il aprelin 25-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Təşkilatın həmtəsisçiləri:
Rövşən Rzayev (millət vəkili);
Xanlar Məmmədov (jurnalist);
Vüqar Əliyev (jurnalist).
ETM-in icraçı direktoru jurnalist, respublikanın “Əməkdar mədəniyyət işçisi” Xanlar Məmmədovdur.
Təşkilat ölkəmizdə mütərəqqi dünya dəyərlərinin, demokratiya ideyaları və səffaflıq prinsiplərinin öyrənilməsi və təbliğinə, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının milli-mənəvi zənginliyinin, azərbaycançılıq ideyasının yayıımasına, Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesinə töhfə vürmək məqsədilə yaradılıb.
Təşkilatın fəaliyyət dairəsinə qeyd olunan istiqamətlər üzrə təşəbbüs və təkilflərin irəli sürülməsi, cəmiyyətdə aktuallıq kəsb edən mövzularda mətbuatda (Azərbaycan və rus dillərində) analitik, maarifləndirici yazıların dərc etdirilməsi, sorğuların keçirilməsi, konfrans və müzakirələrin təşkili, xaricdəki azərbaycanlı diaspor təşkilatları, QHT-lərlə əlaqələr və s. daxildir.
Təşkilat Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin, tarixi saxtakarlıq kampaniyasının ifşası, Azərbaycan xalqının tolerant, mədəniyyətlərarası dialoq tərəfdarı olduğunun dünyaya çatdırılmasında fəal iştirak edir. Bu məqsədlə 2006-2008-ci illərdə Göygöl şəhərində (keçmiş alman yaşayış məskəni olan Helenendorf) Almaniyadan dəvət olunmuş alimlərin iştirakı ilə beynəlxalq konfranslar keçirilmişdir.
ETM-in analitik qrupu Azərbaycanda baş verən aktual ictimai-siyasi hadisələr, regionda və dünyada cərəyan edən geosiyasi proseslərlə bağlı mətbuatda mütəmadi təhlili yazılarla çıxış edir.
2005-2006-cı illərdə «Azərbaycanda parlamentarizm: tarix və bu gün» mövzusunda silsilə məqalələrdən ibarət geniş araşdırma hazırlanaraq dövrü mətbuatda («525-ci qəzet») dərc olunmuşdur.
Təşkilat 2008-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycançılıq – mili eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsini həyata keçirir.
Layihə çərçivəsində “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi, www.azerbaycanli.org saytı hazırlanıb.
Effektiv Təşəbbüslər Mərkəzi Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının məlumat və əməkdaşlıq Şəbəkəsinin təsisçilərindən (2006-cı ildən) biridir.
“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin ünvanı:
Bakı şəhəri, AZ1065.
Tağı Şahbazi küçəsi, 101.
Telefon: (994 12) 497-74-31, (994 12) 497-74-32.
İnternet ünvanı: www.azerbaycanli.org
E-mail: office@azerbaycanli.org
Direktor: Xanlar Məmmədov - xanlar@azerbaycanli.org
Koordinator (layihələr rəhbəri): Vüqar Əliyev - vuqar@azerbaycanli.org