ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Sayt haqqında

www.azerbaycanli.org

analitika və xəbər portalı

"Effektiv Təşəbbüslər Mərkəzi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2008-ci ildən həyata keçirilən “Milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində yaradılıb.

Effektiv Təşəbbüslər Mərkəzinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycanın dünyaya inteqrasiyası: tarix və mədəni irsin təbliği" layihəsi ("Milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu" layihəsinin 2-ci mərhələsi, may-oktyabr 2009) çərçivəsində saytın rus və ingilis dilində versiyaları hazırlanıb.

Bundan əlavə, həmin layihə çərçivəsində saytda yeni - "Bizim təqvim" ("Tarixdə bu gün") bölməsi yaradılıb. Bu bölmə "Milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platforması" çərçivəsində 2008-ci ildə hazırlanıb nəşr edilmiş "Azərbaycan tarixi günbəgün" kitabının yenilənmiş və zənginləşdirilmiş elektron variantıdır.   

Sayt Azərbaycanın tarixi, bugünü, siyasi, iqtisadi, mədəni inkişafı, ölkəmizin dünyaya inteqrasiyası, Qarabağ problemi, azərbaycanlı diasporu haqqında ən çeşidli məlumatları əks etdirən, azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideya və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənilməsi və təbliğinə həsr olunmuş elektron-məlumat bazası kimi nəzərdə tutulub.

Saytın Azərbaycan dilndə versiyası 2009-cu ilin yanvarında, rus dilində versiyası 2009-cu ilin iyulunda işə salınıb.

Saytın ingilis dilində versiyası 2009-cu ilin oktyabrında qismən (pilot rejimdə) fəaliyyətə başlayıb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti, 3-cü mərhələsi ("Qarabağ tarixinin salnaməsi - elektron xronoqraf" layihəsi, aprel-iyul 2010) çərçivəsində saytda yeni bölmə - "Qarabağ - elektron xronoqraf" bölməsi yaradılıb.

* * *  

Hazırda saytın Azərbaycan və rus versiyasının zənginləşdirilməsi, eləcə də ingilis variantına materialların yüklənməsi davam edir. Son nəticədə saytın üç dildə informativ-analitik və təbliğat portalına çevrilməsi nəzərdə tutulur.

Bununla sayt Azərbaycanın tarix və bugününün, milli-mədəni zənginliyinin dünyaya çatdırılmasına, dünya azərbaycanlıları arasında daha sıx informasiya mübadiləsinə yeni zəmin yaratmaqla yanaşı, hazırda geniş müzakirə olunan «Virtual Azərbaycan»ın formalaşmasına da praktik töhfə ola bilər.

Dünya azərbaycanlılarının vahid informasiya şəbəkəsinin yaradılması, ölkəmizin dünyada maraqlarının təmin olunması üçün virtual məkanın imkanlarından istifadə Azərbaycan dövlətinin prioritet saydığı məsələlərdəndir və bu, «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nda (23 may 2007-ci il tarixli) da əksini tapıb.

Saytın layihə rəhbəri: Vüqar Əliyev (vuqar@azerbaycanli.org)

Redaktor: Xanlar Məmmədov (xanlar@azerbaycanli.org)

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009