ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tədbirlər > Göygöl-Helenendorf > konfrans

Azərbaycandakı ilk alman məskəninin 190 illiyi qeyd olunub

Göygöl (keçmiş Helenendorf) şəhərində keçirilən tədbirdə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə nümayəndə heyəti iştirak edib

-14.08.2009-

Azərbaycanda alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf – indiki Göygöl – şəhərinin 190 illiyi münasibətilə avqustun 13-də bayram tədbiri -   “Şəhər günü” keçirilmişdir.

1819-cu ildə Almaniyadan, o vaxtkı Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın – Helenendorf qəsəbəsinin əsasını qoymuşdur. Helenendorf XIX əvvəlində Azərbaycanın qərb bölgəsində salınmış 8 alman koloniyasından ən böyüyü olub. Bölgənin mühüm təsərrüfat-sənaye mərkəzinə çevrilən Helenendorf 1916-cı ildə Heleneno (Yeleneno), Azərbaycanın sovetləşməsindən sonra, 1938-ci ildə isə Xanlar adlandırılıb və eyniadlı rayonun mərkəzi olub. 2008-ci ildə Milli Məclisin qərarı ilə şəhərə Göygöl adı verilib.

Göygöl (Helenendorf) şəhərinin yaranmasının ildönümü ilə bağlı “Şəhər günü” tədbirləri 2005-ci ildən bu bölgədən millət vəkili, Effektiv Təşəbbüslər Mərkəzinin həmtəsisçisi Rövşən Rzayevin təşəbbüsü ilə qeyd olunur. >>> 

 * * *

 

Azərbaycan tarixən tolerant ölkə olub

Azərbaycan-alman tarixi dostluğunu yaşadan Göygöl şəhərində keçirilmiş beynəlxalq konfransda bu fikir bir daha təsdiqini tapdı

-27.08.2008-

Son vaxtlar Azərbaycanın tarixinin, mədəniyyətinin, ölkəmizdə qədimdən var olmuş tolerantlıq, mədəniyyətlərarası dialoq irsinin dünyaya çatdırılması istiqamətində həm dövlət tərəfindən, həm də qeyri-dövlət xəttilə geniş işlər görülür.

Təqdirəlayiq haldır ki, xalqımızın sahib olduğu ümumbəşəri dəyərlərin, bu dəyərlərin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin təbliğinə, son nəticədə Azərbaycanın beynəlxalq nüfuzuna xidmət edən bu mühüm fəaliyyət bölgələrimizin timsalında da özünü göstərir. 2008-ci il avqusutun 23-24-də Göygöl şəhərinin yaranmasının 189-cu ildönümünə həsr olunmuş tədbirlər də həmin amala xidmət edirdi.

Məlum olduğu kimi, indiki Göygöl şəhərinin - keçmiş Helenendorf qəsəbəsinin əsası 1819-cu ildə bu yerlərə köç etmiş alman icması tərəfindən qoyulub. Azərbaycan-alman dostluğunun izləri bu gün də Göygöldə yaşayır.

2005-ci ildən başlayaraq Göygöl rayonundan millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə Göygöl-Helenendorfun yaranma tarixi «Şəhər günü» tədbirləri ilə qeyd olunur. Budəfəki «Şəhər günü» tədbirləri sırasında Helenendorf almanlarının tarixinə, mədəni irsinə, Azərbaycan-alman dostluğuna həsr olunmuş ikinci (ilk konfrans 2006-cı ildə keçirilmişdi) beynəlxalq konfrans da keçirildi.

Millət vəkili Rövşən Rzayevin həmtəsisçisi olduğu «Effektiv Təşəbbüslər Mərkəzi» (ETM) İctimai Birliyinin və Göygöl rayonu İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda azərbaycanlı və alman tarixçilər, vaxtilə Göygöl şəhərinin (Helenendorfun) təməlini qoymuş alman ailələrinin varisləri, Almaniyadan gəlmiş tələbələr, Milli Məclisin deputatları, KİV təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. >>> 

* * *

►Göygöl-Helenendorf-189: "Şəhər günü" münasibətilə konfrans, 23 avqust 2008 (fotosessiya)

►Göygöl-Helenendorf-190: "Şəhər günü" münasibətilə konfrans, avqust 2009 (fotosessiya)




Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009