ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tədbirlər > Göygöl-Helenendorf > konfrans > 2009

Azərbaycandakı ilk alman məskəninin 190 illiyi qeyd olunub

Göygöl (keçmiş Helenendorf) şəhərində keçirilən bayram tədbirində Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə nümayəndə heyəti iştirak edib

-14.08.2009-

Azərbaycanda alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf – indiki Göygöl – şəhərinin 190 illiyi münasibətilə avqustun 13-də bayram tədbiri -  “Şəhər günü” keçirilmişdir.

1819-cu ildə Almaniyadan, o vaxtkı Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın – Helenendorf qəsəbəsinin əsasını qoymuşdur.

Helenendorf XIX əvvəlində Azərbaycanın qərb bölgəsində salınmış 8 alman koloniyasından ən böyüyü olub. Tədricən bölgənin mühüm təsərrüfat-sənaye mərkəzinə çevrilən Helenendorf 1916-cı ildə Heleneno (Yeleneno), Azərbaycanın sovetləşməsindən sonra, 1938-ci ildə isə Xanlar adlandırılıb və eyniadlı rayonun mərkəzi olub. 2008-ci ildə Milli Məclisin qərarı ilə şəhərə Göygöl adı verilib.

Göygöl (Helenendorf) şəhərinin yaranmasının ildönümü ilə bağlı “Şəhər günü” tədbirləri 2005-ci ildən bu bölgədən millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə qeyd olunur.

Şəhərin budəfəki yubiley şənliklərində Azərbaycanda səfərdə olan Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə Almaniyadan geniş nümayəndə heyəti də iştirak etmişdir.

AzərTAc xəbər verir ki, Göygöl ictimaiyyətinin nümayəndələri tərəfindən qonaqpərvərliklə qarşılanan almaniyalı qonaqlar əvvəlcə almanların vaxtilə yaşadıqları Hummel küçəsindəki mədəniyyət və istirahət parkına gəlmişlər. Burada almaniyalı akkardeon çalanların çıxışlarını dinlədikdən sonra parkı gəzən qonaqlara bu istirahət guşəsində fəaliyyət göstərən “Gənclər evi” barədə ətraflı məlumat verilmişdir.

Sonra qonaqlar Göygöl şəhərinin mərkəzi parkında olmuş, burada rayon ağsaqqalları ilə səmimi söhbət etmişlər.

Daha sonra qonaqlar XIX əsrdə almanlar tərəfindən inşa edilmiş və keçən il Almaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş Lüteran kilsəsinə gəlmişlər.

Qonaqlar təmirdən sonra tarix və diyarşünaslıq müzeyi kimi fəaliyyət göstərən kilsədə rayonun simli alətlərdən ibarət simfonik orkestrinin və məktəblilərin xor kollektivinin çıxışlarını dinləmişlər. Həm Azərbaycan və həm də alman bəstəkarlarının əsərlərinə maraqla qulaq asan qonaqlar ansamblın üzvləri ilə maraqlı söhbətlər etmiş, xatirə şəkli çəkdirmiş, birlikdə xor ifa etmişlər.

Sonra müzeyi gəzən qonaqlar vaxtilə burada yaşamış babalarının işlətdikləri məişət əşyalarına maraqla tamaşa etmiş, həmin dövrdə onların geydikləri paltarların nümunələrinə baxmış və nümunələr qarşısında şəkil çəkdirmişlər. Burada xalq aşığının ifasında səslənən el havaları da qonaqlarda maraq doğurmuşdur.

Müzeydə vaxtilə burada yaşamış almanların siyahısının vurulacağını bildirən güşənin açılışı olmuşdur. Almaniyalı qonaqları müşayiət edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettinger açılışı bildirən rəmzi lenti kəsdikdən sonra yubiley tədbirinin iştirakçıları almanların şəhər mərkəzində inşa etdikləri binanın 2-ci mərtəbəsindən şəhəri seyr etmişlər.

Sonra tədbir iştirakçıları əsası almanlar tərəfindən qoyulan Göygöl şərab zavoduna gəlmiş, istehsal prosesini izləmişlər. Müəssisənin 15 metr dərinlikdə yerləşən zirzəmisinə düşən qonaqlar burada şampan şərablarının saxlanması texnologiyası ilə tanış olmuşlar. Müəssisənin rəhbəri Ceyhun İsmayılov qonaqlara bildirmişdir ki, zirzəmidə ilin bütün fəsillərində temperatur 14-16 dərəcə olur.

“Şəhər günü” ilə əlaqədar yubiley tədbirləri Göygöl Rayon İcra Hakimiyyətinin iclas salonunda davam etdirilmişdir. Bu münasibətlə keçirilən konfransda əvvəlcə Azərbaycan və Almaniya mütəxəssislərinin ürək sözlərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov konfransı giriş sözü ilə açaraq yubiley şənliyində iştirak edən bütün qonaqlara rayon əhalisi adından minnətdarlığını bildirmiş və rayonun tarixindən, son illər onun daha da inkişafı naminə görülən işlərdən danışmışdır.

Milli Məclisin deputatı Rövşən Rzayev, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, tarixçi alim, Azərbaycanda Alman kaloniyalarının tarixini araşdiran Yeva Mariya Aveh, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış edərək yaradılanda Helenondorf, indi isə Göygöl adlanan bu rayonun tarixinə iki qaçqınlıq dövrünün - 1819-cu ildə almanların, 1988-ci ildə isə Qarabağ müharibəsi qaçqınlarının taleyi yazıldığını qeyd etmiş və əmin olduqlarını bildirmişlər ki, bu problem tezliklə öz həllini tapacaqdır. Gündən-günə çiçəklənib inkişaf edən Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətləri dilə gətirən natiqlər bunu dövlətimizin başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi kimi dəyərləndirmişlər.

Sonra Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettinger çıxış edərək iki ölkə arasında yaranmış dostluq əlaqələrindən, parlamentlərdəki Almaniya-Azərbaycan dostluq qrupunun səmərəli fəaliyyətindən, eləcə də əsl beynəlmiləl ölkə olan Azərbaycanda bütün millətlər üçün yaradılan bərabərhüquqlu şəraitdən danışmış, bütün bunları öz gözləri ilə gördüyünü vurğulamışdır. Natiq belə görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edərək demişdir ki, istər mədəni və istərsə də iqtisadi əlaqələrin genişləndirilməsində belə görüşlər böyük səmərə verə bilər.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəhərin əsasını qoyan insanların nəvələrinin bu gün keçirilən 190 illik yubileydə iştirakını müsbət hal kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycanda qorunan hər bir tarixi abidə real faktlara söykənir və dövlətimizin başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ölkəmizin tarixi olduğu kimi təqdim edilir. Göygöl rayonundakı alman mədəniyyəti xəzinəsinə daxil olan bütün abidələrin qorunub gələcək nəsillərə çatdırılması buna əyani sübutdur.

Konfransda rayon icra hakimiyyəti adından almaniyalı qonaqlara xatirə hədiyyələri verilmişdir.

Axşam “Şəhər günü” münasibətilə rayon mərkəzində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti və atəşfəşanlıq olmuşdur.

 * * *

Göygöl rayonundan millət vəkili Rövşən Rzayevin konfranda çıxışı

Hörmətli Baden-Vürttemberq federal torpağının baş naziri!

Hörmətli mədəniyyət və turizm naziri!

Hörmətli Göygöl rayonunun İcra hakimiyyətinin başçısı!

Hörmətli millət vəkilləri və səfirlər!

Xanımlar və cənablar!

Dəvətimizi qəbul edərək Göygöl-Helenendorfun 190 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Göygöl rayonuna təşrif buyurmağınıza görə Sizə öz dərin minnətdarlığımı bildirmək istərdim.

Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, bizim seçicilərin dəvəti ilə Baden-Vürttemberq federal torpağının baş naziri, cənab Günter Oettingerin bu tədbirdə iştirak edir.

Helenendorfun, indiki Göygölün sakinləri burada 190 il əvvəl məskunlaşmış almanların qoyub getdikləri irsə böyük ehtiramla yanaşırlar. Almanlar tərəfindən inşa edilən evlərin və digər memarlıq nümunələrinin qorunub saxlanması Azərbaycan xalqının almanların Azərbaycandakı irsinə və eləcə də xalqımızın öz tarixi keçmişinə olan hörmətinin bir əlamətidir.

Göygöl şəhərinin mərkəzində yerləşən alman kilsəsinin təmir edilməsi və onun bu günə qədər qorunub saxlanması xalqımızın digər millətlərə və dinlərə mənsub olan insanlara qarşı olan tolerantlığını bir daha sübut edir. Fürsətdən istifadə edərək alman irsinin Azərbaycanda qorunub saxlanmasında göstərdiyi xidmətlərə görə Almaniyanın Azərbaycandakı Səfiri, cənab Pir Stankinaya və eləcə də Almaniyanın GTZ təşkilatına öz dərin minnətdarlığımı bildirmək istərdim.

Burada məskunlaşmış almanların övladları Göygöl və onun sakinləri ilə dostluq əlaqələrini bu günə qədər davam etdirirlər. Ona görə də heç də təsadüfü deyildir ki, bizim bugünkü yubiley tədbirlərimizdə 190 il əvvəl burada məskunlaşmış almanların nəvə və nəticələri də iştirak edirlər.

Fürsətdən istifadə edərək Baden-Vürttemberq federal torpağının Landtaqının vitse- prezidenti xanım Krista Vosşulteyə Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun dəvətini qəbul edərək bu tədbirə qatılmasına görə ona öz təşəkkürümü bildirmək istərdim.

Bu gün Almaniya ilə Azərbaycan arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edir. Əlaqələrimizin inkişafında parlamentlərarası dostluq qrupları mühüm rol oynayır. Almaniya Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli mövqe tutur.

2009-cu ilin may ayında Almaniya Bundestaqı Cənubi Qafqazdakı münaqişələrə dair qətnamə qəbul etmişdir. Bildiyiniz kimi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal olunmuş, bir milyondan artıq insan öz doğma torpaqlarından qovulmuşdur. Qətnamənin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, orada Cənubi Qafqaz dövlətlərinin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənir və qaçqınların öz doğma torpaqlarına geri qayıtmasının vacibliyi vurğulanır.

Alman-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsi bizi qane etsə də hesab edirəm ki, əməkdaşlıq üçün hələ də böyük potensial mövcuddur.

Mən əminəm ki, cənab Oettingerin Azərbaycana səfəri dövlətlərimiz arasında olan əlaqələrin inkişafına öz lazımı töhvəsini verəcəkdir.

Diqqətinizə görə minnətdaram!

 * * *

► Göygöl-Helenendorf-190: "Şəhər günü"ndən fotosessiya

Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin Göygöl rayonundan millət vəkili Rövşən Rzayevə təşəkkür məktubu

* * *

► Göygöl-Helenendorf-189 ("Şəhər günü", 2008)



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009