ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Oktyabr > 18

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.  

Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur. 

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 18 oktyabr hansı fakt və olaylarla yadda qalıb?  

 

18 oktyabr

 

1918 – Görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov anadan İrəvan şəhərində anadan olub.

Mirəli Seyidovun "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Qızıl döyüşçünün taleyi", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı", "Qan-Şaman və onun qaynaqlarına ümumi baxış" və digər kitabları Azərbaycan ədəbiyyatşünaslığında yeni elmi istiqamətin təməlini qoymuşdur.

Əlavə bax:

http://www.xalqcebhesi.az/news.php?id=5351

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2008&Pid=29424

 * * *

1935 - Şair Oqtay Sultan oğlu Abbasov anadan olub.

* * *

1948 – Akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov anadan olub.

Radiasiya təhlükəsizliyi, radioekologiya sahəsində fundamental elmi tədqiqat işlərinin müəllifidir.

2001-ci ildə AMEA-nın prezidenti seçilib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Mahmud_K%C9%99rimov

http://www.science.gov.az/az/acmembers/kerimovmhkm.htm

 * * *

1949 – Tanınmış teatr və kino rejissoru Vaqif İbrahimoğlu anadan olub.

1989-cu ildə qurduğu və o vaxtdan rəhbərlik etdiyi Yuğ Teatrı Azərbaycan teatr tarixində özünəməxsus yer tutur.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Vaqif_%C4%B0brahimo%C4%9Flu

http://bizimasr.media-az.com/arxiv_2002/fevral/47/meden.html

http://kultaz.com/2008/04/28/vaqif-ibrahimoglu-biz-teatr-dunyasinda-axirinci-yerde-deyilik/

 * * *

1991 – Azərbaycan parlamenti - Ali Sovet  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib.

Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə parlamentin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub.

Respublikanın o vaxtkı rəhbərliyi bu prosesi xeyli ləngitsə də, nəticədə Azərbaycanın müstəqillik tarixi üçün böyük önəm kəsb edən sənəd qəbul edildi. Səsvermədə 360 nəfərlik Ali Sovetin 258 deputatı iştirak etmiş və hamısı lehinə səs vermişdi.

6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.

Əlavə bax:

http://azerbaycanli.org/az/page413.html

http://dqmk.az/az/index.php?option=com_content&task=view&id=480&Itemid=178

* * *

1991 – Prezident Ayaz Mütəllibov Azərbaycanın şəhər və rayonlarında icra hakimiyyəti başçısı vəzifəsinin təsis edilməsi barədə fərman verib.

 * * *

1994 –  Azərbaycan prezidenti Heydər Əliyev türkdilli dövlətlərin başçılarının İstanbulda keçirilən 2-ci zirvə toplantısında iştirak edib.

Əlavə bax:

http://library.aliyev-heritage.org/az/4245881.html

http://azerbaycanli.org/az/news-381.html

 * * *

2002 – NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin rəhbəri, ABŞ-ın Avropadakı qoşunlarının baş komandanı Cozef Ralstonun Bakıya səfəri gedişində Azərbaycan hərbçilərinin Türkiyə kontingenti tərkibində Əfqanıstandakı sülhməramlı əməliyyatda iştirakı məsələsi razılaşdırılıb.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=263&Itemid=1

http://www.anl.az/down/meqale/ses/ses_may2009/77913.htm

http://az.trend.az/news/important/exclusive/1170491.html

 * * *  

Bax:

►17 oktyabr

* * *

Tarixdə bu gün: Dünya

(mədəniyyət bölümü)

18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı (1927) laureatı Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. 

18 oktyabr 1894 - Rus yazıçısı, dramaturq və ədəbiyyatşünas Yuri Tınyanov (1894-1943) anadan olub. 

18 oktyabr 1901 - Rus-sovet bəstəkarı Mark Zaxarovun (1901-1956) doğum günüdür. 

18 oktyabr 1925 - Məşhur yunan aktrisası Melina Merkuri (Melina Mercouri, 1925-1994) anadan olub. 

18 oktyabr 1926 - Amerika müğənnisi və bəstəkarı, rok-n-rollun ilk ifaçılarından biri Çak Berri (Edward Anderson Berry) anadan olub. 

18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. 

18 oktyabr 1934 - Rus-sovet fantast-yazıçısı Kir Bulıçev (əsl adı İqor Mojeyko, 1934-2003) anadan olub. 

18 oktyabr 1960 - Belçika əsilli məşhur Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. 

18 oktyabr 1973 - Məşhur rus aktyoru, RF-nin ən gənc Xalq artisti (2008) Sergey Bezrukov anadan olub.

 



Baku

World time




Xəbərlər

QHT-lər Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər [2012-05-04]

“Şuşaya azadlıq!” - beynəlxalq kampaniyaya başlamaq təklif olunur


ətraflı

Adil olmaq çətindir [2012-05-04]

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."


ətraflı

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində [2012-04-11]

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


ətraflı

Kəlbəcər rayonunun işğalından 19 il ötdü [2012-04-02]

1993-cü ilin aprelində ermənilər Qarabağla Ermənistan arasında ikinci dəhliz açdılar


ətraflı

Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri [2012-03-02]

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib


ətraflı

“Püskürən vulkana bənzəyən emosiyalar” [2012-02-27]

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında  məqalə dərc olunub


ətraflı

Xocalı - qan yaddaşımız [2012-02-26]

Erməni silahlı qüvvələrinin 613 azərbaycanlını qətlə yetirdiyi müdhiş gündən 20 il ötdü


ətraflı

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir [2012-02-24]

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib


ətraflı

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar [2012-02-24]

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”


ətraflı

“Xalq diplomatiyası”: növbəti görüş [2012-02-22]

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009