ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Noyabr > 7

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 noyabr hansı fakt və olaylarla yadda qalıb?

 

7 noyabr

 

1908 - Tanınmış azərbaycanlı şair, pedaqoq Maqsud Şeyxzadə (1908-1967) anadan olub. Maqsud Şeyxzadə Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb.

Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/M%C9%99qsud_%C5%9Eeyxzad%C9%99

http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=23307

http://www.dgtyb.org/news/492.html

 

1917 - Görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyev (1917-2000) anadan olub.

Çoxsaylı populyar mahnıların, film və tamaşalara yazılmış musiqi əsərlərinin müəllifidir.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Tofiq_Quliyev

http://tofiqquliyev.musigi-dunya.az/

http://www.azeriart.net/musiqi/tofiq.htm

http://musakademiya.musigi-dunya.az/az/t_guliev.html

 

1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Hərbi Nazirlik yaradılıb. Bu barədə ilk qərar oktyabrda qəbul olunmuşdu, noyabrda Osmanlı ordusunun Azərbaycanı tərk etməsi milli ordu quruculuğu prosesini daha da tezləşdirdi.

İlk mərhələdə Hərbi Nazirliyə baş nazir F.Xoyski özü rəhbərlik edirdi . Dekabrda nazir postuna general S.Mehmanadarov, onun müavini vəzifəsinə general Ə.Şıxlinski təyin edildi.

Bu arada Bakıya ingilis qoşunları daxil olduğundan Hərbi Nazirlik Gəncəyə köçdü və Qafqaz İslam Ordusunun bazasında Cümhuriyyətin Silahlı Qüvvələri yaranmağa başladı.

Əlavə bax:

http://www.xalqcebhesi.az/news.php?id=7041

http://www.azerbaycanli.org/az/page357.html

 

1929 – Tanınmış ailim, geologiya-mineralogiya elmləri doktoru Vasif İsmayıl oğlu Əliyev anadan olub. 1982-ci il yanvarın 25-də vəfat edib.

 

1949 - Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı «Qara daşlar» adlanan yerdə ilk neft quyusu fontan vurub.

Buruq ustası Mixail Kaveroçkinin qazdığı quyuda 940 m dərinlikdən ilk neft hasil edilib. Bu hadisə Azərbaycan neft tarixində yeni eranın başlanğıcı olub.

«Qara daşlar»ın fəthi 1947-ci ildə məşhur neftçi, geoloq, «Azneftkəşfiyyat»ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı.

Sonralar bu yerdə əfsanəvi dəniz şəhəri - polad dirəklər üzərində (ümumi uzunluğu 300 km olan estakada) Neft Daşları salındı.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/Neft_Da%C5%9Flar%C4%B1

http://az.trend.az/capital/pengineering/1573760.html

 

 

Bax:

6 noyabr



Baku

World time




Xəbərlər

QHT-lər Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər [2012-05-04]

“Şuşaya azadlıq!” - beynəlxalq kampaniyaya başlamaq təklif olunur


ətraflı

Adil olmaq çətindir [2012-05-04]

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."


ətraflı

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində [2012-04-11]

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


ətraflı

Kəlbəcər rayonunun işğalından 19 il ötdü [2012-04-02]

1993-cü ilin aprelində ermənilər Qarabağla Ermənistan arasında ikinci dəhliz açdılar


ətraflı

Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri [2012-03-02]

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib


ətraflı

“Püskürən vulkana bənzəyən emosiyalar” [2012-02-27]

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında  məqalə dərc olunub


ətraflı

Xocalı - qan yaddaşımız [2012-02-26]

Erməni silahlı qüvvələrinin 613 azərbaycanlını qətlə yetirdiyi müdhiş gündən 20 il ötdü


ətraflı

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir [2012-02-24]

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib


ətraflı

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar [2012-02-24]

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”


ətraflı

“Xalq diplomatiyası”: növbəti görüş [2012-02-22]

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009