ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Sülh prosesi > Nizamlama layihələri

* * *

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə

hərtərəfli saziş layihəsi

("Paket həll" planı)

* ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən 1997-ci ilin iyununda Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim olunub. Azərbaycan layihəni ümumən qəbul etsə də, Ermənistan rədd edib.

Preambula:

Tərəflər, xalqlarının inkişafı və rifahı üçün regionda sülh və əməkdaşlığın üstünlüklərini tam anlayaraq, uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını həyata keçirməkdə qətiyyətlidirlər. Aşağıda təqdim edilən tənzimləmə bu regionun xalqlarına firavan və parlaq gələcəkdə inkişaf edəcək demokratik təsisatlar şəraitində normal və səmərəli həyat sürməyə imkan verəcək.

Bu Saziş əsasında həyata keçirilən əməkdaşlıq bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə səbəb olacaq və insanlara beynəlxalq təşkilatların köməyi ilə öz şəhər və kəndlərini bərpa etməyə, regiona xarici sərmayə axınının artırılmasına lazım olan sabitliyi yaratmağa və əhalinin çiçəklənməsinə gətirib çıxaracaq faydalı ticarətə yol açmağa imkan verəcək. Bu inkişaf üçün Qafqaz bölgəsində artıq zəmin vardır. Qonşularının və dünya xalqlarının rifahı üçün xalqlar arasında barışıq və əməkdaşlıq onların böyük potensialını üzə çıxaracaq.

Müvafiq olaraq, BMT Nizamnaməsinin müddəalarına, ATƏT-in başlıca prinsip və qərarlarına və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən normalarına sadiq qalaraq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tam həyata keçməsinə yardım etmək niyyətində olaraq, tərəflər bu Sazişlə silahlı münaqişənin dayandırılması və normal münasibətlərin əldə olunmasına dair Saziş 1-də göstərilmiş tədbirlərin həyata keçirilməsinə və Saziş 2-də göstərilmiş Dağlıq Qarabağın yekun statusu barədə razılığa gəlməyə razılaşırlar. >>>

* * *

Dağlıq Qarabağ silahlı münaqişəsinin

dayandırılması haqqında saziş layihəsi

("Mərhələli həll" planı)

** Layihə 1997-ci ilin sentyabrında Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim edilib. 1997-ci il oktyabrın 10-da prezidentlər Heydər Əliyev və Levon Ter-Petrosyan Strasburqda görüşərək layihənin qəbul olunması barədə bəyanat veriblər.

Lakin Ermənistan hakimiyyətində Rusiyaya bağlı qüvvələrin (baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan, təhlükəsizlik naziri Serj Sarkisyan) təzyiqi altında Ter-Petrosyan 1998-ci ilin yanvarında istefa verdi. Ermənistanın yeni rəhbərliyi (R.Koçaryan) layihəni rədd etdi.

Preambula:

Mövcud atəşkəsi davamlı sülhə çevirməklə uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını həyata keçirməkdə tam qətiyyətli olaraq; xalqlarının inkişafı və rifahı üçün regionda sülh və əməkdaşlığın üstünlüklərini tam anlayaraq; bu regionun xalqlarına firavan və parlaq gələcəkdə inkişaf edəcək demokratik təsisatlar şəraitində normal və səmərəli həyat sürməyə imkan verən Qafqazın müştərək iqtisadi inkişafı üçün zəmin yaratmaq arzusunda olaraq;

bu Saziş əsasında həyata keçirilən əməkdaşlığın bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə səbəb olacağını və insanlara beynəlxalq təşkilatların köməyi ilə öz şəhər və kəndlərini bərpa etməyə, regiona xarici sərmayə axınının artırılmasına lazım olan sabitliyi yaratmağa və əhalinin çiçəklənməsinə gətirib çıxaracaq faydalı ticarətə yol açmağa imkan verəcəyini və bu inkişaf üçün Qafqaz bölgəsində artıq zəminin olduğunu və qonşularının və dünya xalqlarının rifahı naminə əhali arasında barışıq və əməkdaşlıq vasitəsilə onların böyük potensialını üzə çıxaracağını anlayaraq;

BMT Nizamnaməsinin müddəalarına, ATƏT-in başlıca prinsip və qərarlarına və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən normalarına və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884-cü Qətnamələrinin tam həyata keçməsinə sadiq qalaraq;

1994-cü ildə Budapeşt Sammitində münaqişənin sülh yolu ilə nizamlanmasında ATƏT-in səyləri və yardımını genişləndirməyə ATƏT-in üzv dövlətləri tərəfindən götürülən öhdəçiliyini, silahlı münaqişənin dayandırılması haqqında Tərəflər arasında Sazişin əldə olunmasından sonra sülhün dəstəklənməsi üzrə ATƏT-in çoxmillətli qüvvələri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə öz siyasi hazırlığı barədə məlumatın təqdimi və operativ danışıqlar aparmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinə verdikləri tapşırığı ATƏT-in üzv dövlətlərinə xatırladaraq;

və Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hərtərəfli nizamlanmanın təxirsiz əldə edilməsi məqsədilə sülh prosesini vicdanla davam etdirməkdə qətiyyətli olan Tərəflər aşağıda göstərilmiş işlərlə bağlı öhdəlikləri öz üzərilərinə götürürlər >>>

* * *

Dağlıq Qarabağ silahlı münaqişəsinin nizamlanması üzrə

hərtərəfli sazişin prinsipləri haqqında

("Ümumi dövlət" planı)

*** ATƏT-in Minsk Qrupunun həmsədrləri nizamlama layihəsini 1998-ci ilin noyabrında Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim ediblər. Ermənistan layihəni qəbul edib, Azərbaycan rəhbərliyi isə onun ölkənin suverenliyinə zidd olduğu və Dağlıq Qarabağın faktiki müstəqilliyinə əsas verdiyini bildirərək layihəni rədd edib.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləməkdə qətiyyətli olan Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ aşağıdakılar barədə razılığa gəlirlər:

I. Dağlıq Qarabağın statusu haqqında Saziş

Tərəflər aşağıdakı müddəaları özündə birləşdirən Dağlıq Qarabağın statusu haqqında saziş bağlayırlar:

Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində onunla ümumi dövlət yaradır.

Azərbaycan və Dağlıq Qarabağ vəzifələr bölgüsü və müvafiq dövlət orqanları arasında səlahiyyətlərin qarşılıqlı təhvili haqqında Konstitusiya qanununa bərabər olacaq saziş imzalayırlar.

Azərbaycan və Dağlıq Qarabağ ümumi məsələlərə aid siyasət və fəaliyyətin müəyyən edilməsi üçün prezidentlərin, baş nazirlərin və parlament sədrlərinin təmsilçilərinin daxil olduğu Müştərək Komitə yaradırlar.

Müştərək fəaliyyəti koordinasiya etmək və əlaqə saxlamaq üçün Bakı və Stepanakertdə müvafiq olaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılır.

Dağlıq Qarabağ iqtisadiyyat, elm, mədəniyyət, idman və humanitar sahələrdə xarici dövlətlər və əlaqəli regional və beynəlxalq təşkilatlarla xaricdə müvafiq nümayəndələri olmaqla, birbaşa xarici əlaqələr yaratmaq hüququna malik olacaq. >>> 

 




Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009