ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Qarabağ > Münaqişə > İşğal olunmuş rayonlar > Xocalı

Xocalı rayonu

(ümumi məlumat)

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında yaradılmışdır.

Xocalı Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi. 

Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı quvvələri tərəfindən işğal olunub.

Rayonun mərkəzi - Xocalı şəhəri - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin tərətdiyi dəhşətli soyqırımı nəticəsində yerlə-yeksan edilib.

Rayonun sahəsi 0,97 min kv. km, əhalisi işğaldan öncə 24,4 min nəfər olub. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-iyində, Qarabağ silsiləsində yerləşib.

Rayonun ərazisi əsasən dağlıqdır. Ən hundur yuksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mulayim-istidir. Yuksək dağlıq əraziləri subalp və alp cəmənlərdir.

Əsas cayları Badara və Qarqardır. Dağ-meşə və dağ cəmən torpaqları movcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cokə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

 * * *

Xocalının tarixi 

Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən turbə (XIV əsr), dairəvi turbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dovrunə aid nekropol, kurqan colu və s. var.

Xocalı qəbiristanlığı - son tunc və ilk dəmir dovrunə (e. ə. VIII-VII əsrlər) aid arxeoloji abidə. XIX əsrdə aşkar edilmişdir. Daş qutu və kurqanlardan ibarətdir. Burada muxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şuşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada coxlu sayda «Qoc və yəhər» şəkilli qəbir daşları, muqəddəs ziyarətgahlar Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. 

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar cayının sağ və sol sahillərində XVIII əsrə aid «Əsgəran qalası» movcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. İki istehkamdan ibarətdir. Sağ sahildəki qala burcu ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dordkunc burcludur. Divarların qalınlığı 2-3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sulh danışıqları «Əsgəran qalası»nda aparılmışdır. 

Rayonun Kərkicahan qəsəbəsində 3 qəbiristanlıq var. Burada 1400-cu illərə aid yazısı olan qəbirlər, «kilsəli» deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsaduf edilən musəlman qəbiristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. 

Rayonun Kosalar kəndi ərazisində «Məhəmməd ağanın otağı» tarixi abidə, «Darılı Piri», «Ələm ağacı» ziyarətgahları və daş qəbirlər var. 

Rayonun Meşəli kəndi ərazisində - Meydan yaylağında - muqəddəs ziyarətgah «seyid qəbri» (ermənilər tərəfindən dağıdıldı), «Yeddi kilsə» (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi movcud idi. 

* * *

İşğal nəticəsində dağıdılmış tarix-mədəniyyət və təsərrüfat obyektləri 

Ermənistanının işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır.

Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki «Seyid qəbri» və s. erməni işğalı nəticəsində dağıdılıb.

Rayonun ərazisində 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrufatı obyekti, 20 təhsil muəssisəsi, 14 səhiyyə muəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır.

  * * *

Avtomobil, dəmir yolları

Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı şose yolu və Bakı-Xankəndi dəmir yolu kecirdi.

* * *

Kütləvi informasiya vasitələri 

«Xocalının səsi» rayon qəzeti 1991-ci ildən nəşr edilir.  

* * *

 Ümumi statistika

Rayonun yaranma tarixi – 26. 11. 1991.

Ərazisi - 0,94 min kv. km.

Əhalinin sayı - 25,3 min nəfər (1 yanvar 2007-ci il).

Əhalinin sıxlığı – 1 kv. km 27 nəfər (1 yanvar 2007-ci il).

Kəndlərin sayı - 50.

Qəsəbələrin sayı - 2.

İri və orta muəssisələrin sayı - 4.

Məktəbəqədər uşaq muəssisələrinin sayı - 1.

Umumtəhsil məktəblərinin sayı - 12.

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 1.

Xəstəxanalar və tibb muəssisələrinin sayı - 1.

Mədəniyyət ocaqlarının sayı - 54.

Xocalı rayonu ilə Bakı arasında olan məsafə - 375 km.

Rayon 26 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal edilmişdir.

 

 * * * 

 

Xocalının tarixi-mədəni abidələri

1. Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)

2. Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)

3. Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)

4. Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)

5. Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)

6. Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)

7. Xaçıncay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)

8. Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)

9. Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)

10. Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)

11. Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)

12. Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)

13. Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)

14. Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)

15. Türbə – XlV əsr (Xocalı şəhəri)

16. Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)

17. Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)

18. Alban məbədi - 905-ci il (Şuşa kəndi)

19. Alban məbədi - 1122-ci il (Xansıx kəndi)

20. Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)

21. Alban məbədi - 1202-ci il (Armudlu kəndi)

22. Qala – X əsr (Maşxmaat kəndi)

23. Qırxlar qalası – orta əsrlər (Badara kəndi)

24. Məbəd kompleksi - VII əsr ( Badara kəndi)

25. Qala - IX əsr ( Daşbaşı kəndi)

26. Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)

27. Aslan qalası – IX əsr (Anabert kəndi)

28. Mədəb – XIII əsr (Xanabad kəndi)

 

Mənbə: http://karabakhmonuments.az/

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009