Bizim təqvim > Dekabr > 1
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında tərtib olunub.
Bölmədə Azərbaycanın tarixi, ictimai-siyasi, mədəni həyatı, şəxsiyyətləri haqqında yığcam məlumatlar təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 1 dekabr hansı fakt və olaylarla yadda qalıb?
1 dekabr
1510 - Səfəvi qoşunları ilə Şeybanilər (özbəklər) arasında Mərv döyüşü olub.
Səfəvi qoşunları qalib gəliblər və Xorasan vilayəti Səfəvi imperatorluğunun tərkibinə qatılıb.
O vaxtadək Şah İsmayıl Xorasan istisna olmaqla bütün İranı, Azərbaycanı və ərəb İraqını öz hakimiyyəti altında birləşdirmişdi.
Əlavə bax:
http://www.gunaz.tv/makaleler/borcali-qizilbasliq-doneminde
http://memorial.aznet.org/alfsh6.shtml
* * *
1920 - Azərbaycanda bolşevik hökumətinin - Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib.
Bundan iki gün öncə - noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi xatirinə Zəngəzuru erməniləri verdilər.
Bundan bir qədər öncə (10 avqust 1920) Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar qəbul etmiş, Zəngəzur və Qarabağ isə “mübahisəli ərazilər” elan olunmuşdu.
Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yarandı.
Əlavə bax:
http://www.anl.az/el/q/qarabag_6/q-27.htm
http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_aprel2009/73666.htm
* * *
1940 - Teatr xadimi, dramaturq, aktyor, Azərbaycan SSR-in Əməkdar artisti Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib.
O, 1906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından və ilk üzvlərindən biri olub. Kiçik pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi olub.
“Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
* * *
1940 - Nasir, publisist, tərcüməçi Rafiq İmanqulu oğlu Ağayev anadan olub.
* * *
1989 - Zəngəzurun ermənilərə verilməsinin 69-cu ildönümündə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib.
O vaxtkı SSRİ Konstitusiyasını, eləcə də beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozan bu adımla Ermənistan Azərbaycana qarşı ərazi iddiasını rəsmən elan etmiş oldu.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Da%C4%9Fl%C4%B1q_Qaraba%C4%9F
http://mfa.gov.az/khojaly/index.php?option=com_content&task=view&id=17&Itemid=31
* * *
Bax:
►30 noyabr
* * *
Tarixdə bu gün: dünya
(mədəniyyət bölümü)
1 dekabr Dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
1 dekabr 1935 - Məşhur Amerika kinorejissoru, prodüser, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen, əsl adı Allen Stewart Konigsberg) anadan olub.
1 dekabr 1940 - Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor, 1940 - 2005) anadan olub.
1 dekabr 1945 - Rusiyanın məşhur estrada artisti Gennadi Xazanovun doğum günüdür.
1 dekabr 1945 - Amerikalı aktrisa və müğənni, prodüser, ssenarist Bett Midler (Bette Midler) anadan olub.
1 dekabr 1952 - İngilis dramaturqu, rejissor, ssenarist Stiven Poliakoff (Stephen Poliakoff) anadan olub.
1 dekabr 1966 -Amerika rejissoru və prodüseri, ssenarist, bəstəkar, məşhur “Şrek” cizgi filmlərinin müəllifi Endryu Adamson (Andrew Ralph Adamson) Yeni Zelandiyada doğulub.
1 dekabr 1971 - İngilis əsilli Amerika aktrisası Emili Mortimer (Emily Mortimer) anadan olub.