ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Diaspora > Görkəmli simalar

Azərbaycan diasporunun görkəmli simaları

Diaspora ilə İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun görkəmli nümayəndələri barədə "Biz azərbaycanlıyıq" adlı məlumat - sorğu kitabının I cildinin nəşrinə hazırlıq görür.

Bunun üçün müxtəlif dövrlərdə xarici ölkələrdə yazıb-yaratmış, Azərbaycan diasporunun tanınmış nümayəndələri haqqında məlumat toplanmaqdadır.

Aşağıdakı siyahıda onların bir qismi haqqında məlumat öz əksini tapmışdır:

Sıra

Adı və soyadı

Şəxsiyyətləri haqqında qısa məlumat

1.

Baba Kuhi Bakuvi

X-XI əsrin səyyahı, tədqiqatçı - alim, mühəndis

2.

İsmayıl ibn Yəsar

Ərəb Xilafətinin şairlərindən biri olmuş və Xilafətin elitasında böyük nüfuz sahibi kimi tanınmışdı

3.

Xətib Təbrizi

XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikolojiya elminin banilərindən biri

4.

Xacə Nəsrəddin Tusi

XIII yüzillikdə Şərqin bir sıra ölkələrini gəzib-dolaşmış və ümumşərq elm və mədəniyyətinə misilsiz incilər bəxş etmişdir

5.

Səfiəddin Urməvi

Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmışdır

6.

Əbdürrəşid Bakuvi

XIV əsrin səyyahı, cağrafiyaşünası

7.

Oruc bəy Bayat

Azərbaycan tarixçisi, hərbi sərkərdə və siyasi xadim

8.

Hacı Zeynalabdin Şirvani

37 illik səyahəti dövründə islamı, atəşpərəstliyi, yəhudiliyi, bütpərəstliyi, xristianlığı tədqiq etmiş, bir çox xalqların adət və ənənələrini öyrənmiş, bəşəriyyətə misilsiz dörd elmi əsər, divan, risalə bəxş etmişdir

9.

Mirzə Cəfər Topçubaşov

Görkəmli şərqşünas alim, tərcüməçi, poliqlot, diplomat, şair

10.

Mirzə Kazımbəy

Azərbaycan şərqşunası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən biri

11.

Cəmaləddin Əfqani

XIX əsrdə Əfqanıstanın Baş naziri vəzifəsində işləmişdir, məşhur "Ərabi-paşa" üsyanlarının rəhbərlərindən biri, Misir Universitetinin professoru, Şərq və Qərb mədəniyyətlərinin fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli alim

12.

Mehralı Bəy (Məmmədəli oğlu)

Osmanlı ordusunun paşası, Qarapapaq Hamidiyyə alaylarının Baş komandanı təyin edilmişdir. Türkiyənin Milli Qəhrəmanı adına layiq görülmüşdür

13.

Əlimərdan bəy Topçubaşov

Azərbaycan Xalq Cümhuriyyəti parlamenrinin sədri, görkəmli hüquqşünas, jurnalist, diplomat, siyasətçi və maarifçi

14.

Əlibəy Hüseynzadə

Yazçı-jurnalist, tərcüməçi, ictimai xadim

15.

Əhməd bəy Ağayev (Ağaoğlu)

Görkəmli jurnalist, alim və ictimai xadim

16.

Məmməd Əmin Rəsulzadə

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri, ziyalı, ictimai və siyasi xadim

17.

Cahangir Kazımbəyli

Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, I dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmişdir, polkovnik rütbəsinədək yüksəlmişdir

18.

Sadıqbəy Ağabəyzadə

Çar Rus ordusunun general-mayoru, şərqşünas alim, ADP-də daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdır

19.

Səid Əlizadə

Özbək və tacik dillərində yazılmış ilk əlifbanın və bu dillərdə ilk qrammatika və oxu kitablarının müəllifidir. Böyük maarifçi, pedaqoq, yazıçı və publisist

20.

Ceyhun Hacıbəyli

Ədəbiyyatçı, publisist, jurnalist və tərcüməçi

21.

Səməd bəy Rəfibəyli

Görkəmli sərkərdə, istedadlı və peşəkar hərbiçi, 1948-ci ildə Türkiyə Ali Hərbi Şurası xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif edilmişdir

22.

Fərəcbəy Ağayev

Hərbiçi, çar ordusunun general-leytenantı (1844-cü ildə imperator I Nikolay və onun xanımı Mariya Aleksandrova xaç suyuna çəkib oğulluğa götürmüşlər)

23.

Şəfi Bəy Rüstəmbəyli

Dövlət və ictimai xadim, tanınmış jurnalist və hüquqşünas, tərcüməçi

24.

Əziz Şərif

Azərbaycan ədəbiyyatşünaslığında çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızın inkişafına böyük təkan verən görkəmli alim, tənqidçi, pedaqoq və tərcüməçi

25.

Mirzəbala Məmmədzadə

İctimai-siyasi xadim, jurnalist

26.

Əhməd Cəfəroğlu

Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, şərqşünas və dilçi professor, filologiya elmləri doktoru

27.

Ümmülbanu

Görkəmli yazıçı və tərcüməçi, Mizə Əsədullayevin qızı, 20-30-cu illərin Paris ədəbi mühitində özünəməxsus yeri olmuşdur

28.

Məmmədsəlim (Səlim Turan)

Rəsam, Parisdəki Qoete Akademik sənət məktəbində müəllim işləmişdir, Əlibəy Hüseynzadənin oğlu

29.

Hüseyn Kazımzadə

120 cild kitabın müəllifi, böyük alim, ədib və pedaqoq

30.

Sabit Orucov

Görkəili dövlət xadimi, neft və qaz sənayesi üzrə mahir mütəxəssis, SSRİ Qaz Sənayesi naziri olmuşdur

31.

Məqsud Şeyxzadə

Özbək yazıçısı, alim və pedaqoqu kimi şöhrət qazanmışdır, Özbəkistan Respublikasının əməkdar incəsənət xadimi

32.

İren Məlikov

Strasburq Universitetində dil və ədəbiyyatdan dərs deyir, professordur. Fransada "Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəzin" prezidentidir

33.

Şirin Məlikov

Tədqiqatçı alim, Fransada "Azərbaycan mədəniyyətini araşdırma mərkəzi"nin baş katibi

34.

Züleyxa Əsədullayeva

İctimai xadim, türk, ingilis, fransız, alman, rus və portuqal dillərinin gözəl bilicisi, müəllimlik və tərcüməçiliklə yanaşı, ABŞ-ın müxtəlif neft şirkətlərində də çalışmışdır

35.

Lütvi Ələsgərzadə (Lütv Zadə)

İxtiraçı alim, fizik, Kaliforniya Berkli Universitetinin professoru, NASA və NATO-nun aparıcı mütəxəssisi

36.

Kərim Kərimov

Pilotlu və pilotsuz kosmik gəmilərin və stansiyaların uçuş sınaqları üzrə Dövlət Komissiyasının sabiq sədri, Sosialist Əməyi Qəhrəmanı, mühəndis-konstruktor, general-leytenant

37.

Cahangir Kərimov

Hüquqşünas alim, hüquq elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü

38.

Əhməd İsgəndərov

Tarixçi-şərqşünas, Rusiya Elmlər Akademiyasının müxbir üzvü. "Voprosı istorii" jurnalının baş redaktoru

39.

Fərman Salmanov

Geolojiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı

40.

Tahir Salahov

SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyası Boyakarlıq bölməsinin akademik katibi, YUNESKO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının fəxri prezidenti, Sosialist Əməyi Qəhrəmanı

41.

Toğrul Nərimanbəyov

Azərbaycanın xalq rəssamı

42.

Müslüm Maqomayev

Dünya şöhrətli müğənni - bəstəkar

43.

Rüstəm İbrhambəyov

Görkəmli yazıçı, kinodramaturq, "Oskar" mükafatı laureatı





Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009