ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Tariximiz > Sovet tarixi > 1940-1960-cı illər

Azərbaycanda milli məsələ:

həqiqətlər və müəmmalar

1950-ci illərin ortalarında respublika rəhbərliyinin diqqət mərkəzində duran əsas məsələlərdən biri də "Azərbaycan tarixi" akademik nəşrinin başa çatdırılması və Azərbaycan Kommunist Partiyası tarixinin hazırlanması idi.

"Azərbaycan tarixi" dərsliyinin hazırlanması ilə bağlı hələ 1949-cu ildə Azərbaycan KP-nin XVII qurultayında qərar qəbul edilmişdi. Bu qərara uyğun olaraq Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun gərgin əməyi nəticəsində 1954-cü ilin sentyabr ayında iki cildlik "Azərbaycan tarixi"nin maketi buraxıldı. Kitabın maketi həmin dövrdə SSRİ-nin bütün elmi idarələrinə, tanınmış alimlərinə, partiya və sovet orqanlarına göndərildi.

Lakin maketin 1954-cü ilin oktyabrına Moskvada təyin edilmiş müzakirəsi naməlum səbəblərdən təxirə salındı. Azərbaycan KP MK rəhbərliyinin müdaxiləsindən sonra 1955-ci ilin fevralında "Azərbaycan tarixi" haqqında məsələ üzrə Sov.İKP MK-da geniş müzakirə keçirildi.

Bütövlükdə kitab haqqında ciddi prinsipial etirazlar olmasa da, Sov.İKP MK rəhbərliyi kitabdan Cənubi Azərbaycanla bağlı bölmələrin çıxarılmasının zəruriliyini bildirdi. Müşavirədə maketə baxılması ilə əlaqədar SSRİ Elmlər Akademiyasına göstəriş verildi. Akademiyanın müvafiq institutlarından və ölkənin digər elmi müəssisələrindən 1955-ci ilin yayında "Azərbaycan tarixi" kitabının maketinə 80-ə yaxın rəy gəlmişdi.

Lakin 1956-cı ilin fevralında keçirilən XX qurultaydan sonra ideoloji sahədə vəziyyət xeyli dərəcədə dəyişildi. Repressiya olunanlara bəraət verilməsi XX əsrin əvvəllərindəki problemlərə və xüsusən Sovet dövrünün bir sıra köklü məsələlərinə yenidən baxmağı tələb edirdi. >>>



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009