ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Dekabr > 31

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Bu işin bir qismi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyimiz "Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsi çərçivəsində "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlanarkən görülmüşdür.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alacaq.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 31 dekabr hansı fakt və olaylarla yadda qalıb?

 

31 dekabr 

 

1812 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər.

Talış xanlığının süqutu ilə müharibə faktiki başa çatdı.

Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Şimali Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) Rusiyaya birləşdirildi.

Əlavə bax:

http://www.azerbaycanli.org/az/page62.html

http://azerbaijan.tourism.az/index.php?/az/topmenu_content/780/

http://az.wikipedia.org/wiki/L%C9%99nk%C9%99ran_xanl%C4%B1%C4%9F%C4%B1

http://az.wikipedia.org/wiki/Mir_Mustafa_xan_Tal%C4%B1%C5%9Fl%C4%B1

 * * *

1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Mikayılov (1903-1986) anadan olub.

20-ci illərdə çoxlu sayda sənədli-xronika filmləri çəkib. "Lətif" (1930), "İsmət", "Bir ailə" və s. bədii filmlərinin quruluşçu rejissoru olub.

* * *

1905 - Görkəmli alim, akademik, ictimai xadim Yusif Məmmədəliyev (1905-15.12.1961) anadan olmuşdur.

Yusif Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.

Əlavə bax:

http://www.science.gov.az/az/cat.php?fid=yusif

http://az.wikipedia.org/wiki/Yusif_M%C9%99mm%C9%99d%C9%99liyev

http://library.aliyev-heritage.org/az/727696.html

 * * *

1910 - Dramaturq, nasir Əbil Məmməd oğlu Yusifov (Əbil Yusif, 1910 - 29.3.1984) anadan olub.

* * *

1920 - Şair Zeynal Cabbarzadənin (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) doğum günüdür.

* * *

1925 - Ədəbiyyatşünas, publisist, professor Sadiq Cəfər oğlu Şükürov anadan olub.

* * *

1933 - Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədov anadan olub.

* * *

1934 - Böyük yazıçı-dramaturq Cəfər Cabbarlı (22.3.1899, Xızı - 1934, Bakı) Cəfər Cabbarlı vəfat edib.

Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, kinossenarilərin, şeir və hekayələrin müəllifidir.

* * *

1935 - Ədəbiyyatşünas, mətnşünas Ofelya Əşrəf qızı Bayramovanın doğum günüdür.

* * *

1989 - Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb.

Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar.

Bu hadisə Azərbaycan tarixinə “sərhəd hərəkatı” – milli həmrəylik aksiyası kimi düşdü.

Azərbaycan parlamentin qərarı (25 dekabr 1991) ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olundu.

Əlavə bax:

http://xalqcebhesi.az/news.php?id=11430

http://www.azadliq.org/content/article/1869355.html

http://olaylar.az/engine/print.php?newsid=1261150791&news_page=1

 * * *

1989 - İstanbulda dünya azərbaycanlılarının ilk konqresi işə başlayıb.

Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdər hadisə idi.

Əlavə bax:

http://az.wikipedia.org/wiki/D%C3%BCnya_Az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n%C4%B1n_H%C9%99mr%C9%99ylik_g%C3%BCn%C3%BC

 * * *

1991 - Danimarka Azərbaycanın dövlət müstəqilliyini tanıyıb.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il aprelin 2-də qurulub.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=44&Itemid=43

 

1991 - İspaniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb.

Diplomatik əlaqələr 1992-ci il fevralın 11-də yaradılıb.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=52&Itemid=43

 

 * * *

Bax:

30 dekabr

 



Baku

World time




Xəbərlər

QHT-lər Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat qəbul ediblər [2012-05-04]

“Şuşaya azadlıq!” - beynəlxalq kampaniyaya başlamaq təklif olunur


ətraflı

Adil olmaq çətindir [2012-05-04]

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."


ətraflı

Tarix və mədəni irsimiz vətəndaş cəmiyyəti müstəvisində [2012-04-11]

Azərbaycanın tarixi həqiqətlərinin, mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət düşür


ətraflı

Kəlbəcər rayonunun işğalından 19 il ötdü [2012-04-02]

1993-cü ilin aprelində ermənilər Qarabağla Ermənistan arasında ikinci dəhliz açdılar


ətraflı

Avropa Birliyinin “paytaxtı”nda Xocalı həqiqətləri [2012-03-02]

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsseldə tədbir keçirib


ətraflı

“Püskürən vulkana bənzəyən emosiyalar” [2012-02-27]

Almaniyanın “Die Welt” qəzetində Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında  məqalə dərc olunub


ətraflı

Xocalı - qan yaddaşımız [2012-02-26]

Erməni silahlı qüvvələrinin 613 azərbaycanlını qətlə yetirdiyi müdhiş gündən 20 il ötdü


ətraflı

Ermənistan ilk növbədə beş rayonu azad etməlidir [2012-02-24]

Almaniya Bundestaqı Xocalı qırğını və Qarabağ münaqişəsi barədə sənəd qəbul edib


ətraflı

Azərbaycanlı deputatlar Yerevanda səfərdə olublar [2012-02-24]

Azay Quliyev: “Serj Sarkisyanla görüşdə sülhə yaxınlaşacaq mövqenin şahidi olmadıq”


ətraflı

“Xalq diplomatiyası”: növbəti görüş [2012-02-22]

Azərbaycan və Ermənistan ziyalıları Moskvada bir araya gəldilər


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009