Bizim təqvim > Yanvar > 18
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 18 yanvar hansı fakt və olaylarla yadda qalıb?
18 yanvar
1903 – Tanınmış pedaqoq, alim və maarifçi Mehdi Mehdizadə (1903-1984) Cəbrayıl rayonunda anadan olmuşdur.
Mehdi Mehdizadə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub, uzun illər Azərbaycanın Təhsil (Maarif) Nazirliyinə rəhbərlik edib.
Əlavə bax:
http://www.az-muallimi.com/arxiv/2008/n2/ardi7.html
http://tehsil.gov.az/view.php?lang=az&menu=1000000&id=1391
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2006&Pid=9413
* * *
1941 – Kinorejissor, respublikanın xalq artisti Eldar Quliyev anadan olub.
“Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Nizami” və s. filmlərin rejissorudur.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Eldar_Quliyev
http://kultaz.com/2009/06/25/eldar-quliyev-%c2%abgenclik-hemise-radikal-ve-maksimalistdir%c2%bb/
* * *
1947 – Xalq artisti, tanınmış rəqqasə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Afaq Məlikova anadan olub.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Afaq_M%C9%99likova
http://az.trend.az/news/culture/916981.html
http://www.anl.az/down/medeniyyet2008/yanvar/medeniyyet2008_yanvar_285.htm
* * *
1990 - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunub.
1920-ci illərdə Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Kərki kəndi Ermənistan ərazisində qalmış və anklav vəziyyətində idi.
Kərki kəndinin işğal olunmasında Ermənistan ərazisindəki dislokasiya olunmuş SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun hərbçiləri də yaxından iştirak etmişdilər.
Əlavə bax:
http://1990-1993.nakhchivan.az/xron.htm
* * *
1992 – Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənilib.
Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirilirdi.
Azərbaycan parlamenti tərəfindən 20 Yanvar hadisələrinə tarixi və hüquqi nöqteyi-nəzərdən daha bir qiymət Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra, 1994-cü ildə verildi.
Əlavə bax:
http://bizimasr.media-az.com/arxiv_2003/yanvar/15/20yanvar.html
http://www.azerbaijan.az/_GeneralInfo/_Events/january_20/january20_a.html
* * *
Bax:
17 yanvar