Bizim təqvim > Fevral > 7
Tarixdə bu gün: Azərbaycan
“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.
Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.
Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.
Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 7 fevral hansı fakt və olaylarla yadda qalıb?
7 fevral
1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadə (1919-1998) anadan olub.
Tofiq Tağızadə “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Tofiq_Ta%C4%9F%C4%B1zad%C9%99
http://www.kinozal.az/site/?name=person&adem_id=2952
http://az.newsazerbaijan.ru/tourism/20090219/42737697.html
1991 – Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonlarının adlarının dəyişdirilməsi barədə qərarlar qəbul edib.
Qərara əsasən, ilə Şaumyan (kənd) rayonu ləğv edilib, rayonun ərazisi Goranboy rayonu ilə birləşdirilib.
Parlamentin qərarı ilə həmçinin Mirbəşir rayonu Tərtər, Qutqaşen rayonu Qəbələ, Vartaşen rayonu Oğuz adlandırılıb. Puşkin rayonun tarixi adı bərpa edilərək Biləsuvar adlandırılıb.
Əlavə bax:
http://e-qanun.az/res_data/framework/data/10/f_10264.htm
http://www.azerbaycanli.org/az/page397.html
1993 – Erməni silahlı qüvvələri Dağlıq Qarabağın şimalında strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) ələ keçiriblər.
Sərxavənd kəndi 1992-ci ilin martında ermənilər tərəfindən işğal edilmişdi.
1992-ci ilin yayında Azərbaycan Milli Ordusunun Qarabagın şimalında apardığı əməliyyat zamanı Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Sırxavənd işğalçılardan təmizlənmişdi.
1993-cü ilin fevralında bu ərazilər xəyanət nəticəsində yenidən ermənilərin əlinə keçdi.
Əlavə bax:
http://www.mediaforum.az/print.php?lang=az&article_id=20090312044749349&page=00
1995 – Prezident Heydər Əliyevin sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (2009-cu ildən Prezident Administrasiyası) rəhbəri təyin edilib.
Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakıda anadan olub. 1983-1988-ci illərdə sovet Azərbaycanının rəhbərliyində təmsil olunub, Azərbaycan KP MK-nın katibi olub.
1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri işləyib.
1994-cü ilin fevralından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri işləyib.
Əlavə bax:
http://az.wikipedia.org/wiki/Ramiz_Mehdiyev
http://www.azadliq.org/content/article/1886641.html
2005 – Prezident İlham Əliyev Azərbaycan milli valyutasının - manatın denominasiyası haqqında fərman imzalayıb.
Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən dövriyyə yeni əskinaslar (1 yeni manat (AZN) - 5000 köhnə manat nisbətində) buraxıldı.
1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.
Əlavə bax:
http://azerbaycanli.org/az/page301.html
2007 – Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında “Tbilisi bəyannaməsi” imzalanıb.
Layihənin Gürcüstan hissəsinin maliyyəsi üçün krediti (ilkin olaraq 200 mln. dollar) Azərbaycan ayırıb.
Əlavə bax:
http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2007&Pid=10509
http://az.wikipedia.org/wiki/Bak%C4%B1-Tbilisi-Qars_d%C9%99miryolu_x%C9%99tti
http://www.oilfund.az/az/content/10/86
http://anspress.ws/index.php?a=2&lng=az&nid=18251
* * *
Bax:
6 fevral