ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Azərbaycançılıq > Böyük azərbaycanlı > Dünya azərbaycanlılarının lideri

Heydər Əliyev və Azərbaycan diasporu

 “Müstəqil Azərbaycan Respublikası

bütün dünya azərbaycanlılarının tarixi vətənidir”

Heydər Əliyev


Hər bir dövlətin milli maraqlarının dünyanın istənilən nöqtəsində layiqincə qorunması üçün həmin ölkənin güclü ideoloji bazası və bu fundament üzərində dayanan diasporası olmalıdır. Azərbaycanın bir əsrdən çox çar Rusiyasının tərkibində qalması xalqımızın bütövlüyünü təsdiqləyən ideologiyanın, milli mənlik şüurunun, hətta maraqlarının formalaşmasına mənfi təsir göstərirdi.

Ötən əsrin əvvəllərində yaranmış kütləvi ideologiyalar atmosferində xalqımız türkçülük və islamçılıq arasında seçim edə bilmirdi. Hətta 1918-ci ildə müstəqilliyini elan etmiş ADR dövründə də dünya azərbaycanlılarını bir hədəf ətrafında birləşdirə biləcək, xalqımızın və dövlətimizin milli maraqlarını müdafiə edəcək ideoloji konsepsiya işlənib hazırlanmamışdı.

Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, milli özünüdərk problemini siyasi müstəviyə qaldırmış Nəriman Nərimanov və başqaları millətimizi milli-mənəvi planda birləşdirə, milli dövlət qurmaq məqsədinə çata bilmədilər. Onlar ümumazərbaycan ideyasını aktuallaşdıraraq Şimali və ya Cənubi Azərbaycan hüdudlarını aşa bilmirdilər.

Keçmiş SSRİ dönəmində isə vəziyyət daha acınacaqlı idi. Slavyan xalqları qanunpərəst, gürcülər vətənpərvər, ermənilər daha çox ruslara sadiq xalq kimi tanındığı vaxtda azərbaycanlılara qarşı ögey münasibət bəslənirdi. Amma 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş Ümummilli lider Heydər Əliyev bu stereotipi təfəkkürlərdən birdəfəlik sildi.

Ulu öndər Heydər Əliyevin idarəçiliyi dövründə çoxsaylı azərbaycanlının dövlət işlərinə cəlb olunması nəticəsində xalqımızın ictimai, elmi, ziyalı elitar təbəqəsi formalaşdı. Göründüyü kimi, Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoymuşdu.

Qeyd edək ki, hal-hazırda dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi İranda, Türkiyədə, Rusiyada, Ukraynada, Almaniyada, ABŞ-da, Fransada, Hindistanda, Pakistanda və digər ölkələrdə məskunlaşıb. Məhz bu miqyasda “sosial gücün” vahid hədəf ətrafında birləşdirilməsi və ölkənin maraqları naminə kompleks hərəkətinin təmin edilməsi üçün xalq güclü iradəyə, rasional düşüncəyə malik liderə və ideologiyaya ehtiyac duyurdu. Milləti yeni geosiyasi şəraitdə dünya millətləri liqasına və siyasət arenasına çıxara biləcək yeganə ŞƏXSİYYƏT isə ulu öndər Heydər Əliyev idi.

90-cı illərin əvvəllərindən etibarən ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi SSRİ dönəmində başladığı işi davam etdirdi. Ümummilli lider Heydər Əliyev ilkin addım kimi 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək məqsədində stimul rolunu oynayacaq “Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik gününün keçirilməsi haqqında” cəsarətli bir qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev zəruri vaxtda verdiyi xalqımızın gələcək perspektivlərinə hesablanmış mühüm tarixi qərarı ilə xaricdə yaşayan soydaşlarımızın müstəqil dövlətçiliyimizin inkişafında, dövlət quruculuğu prosesində iştirakını təmin etmiş oldu.

Heydər Əliyev diasporumuza sahib çıxdı

Təəssüflər olsun ki, müstəqil dövlətçiliyimizin ilk illərinin səriştəsiz “siyasətçi”lərin dövlət idarəçiliyi sükanı arxasında əyləşməsi dövrünə təsadüf etməsi Azərbaycanı total xaosa sürükləmişdi. İqtisadi, siyasi, mədəni sahələrdə böhranın hökm sürməsi dövləti “paslanmış” mexanizmə çevirmişdi. AXC-Müsavat hakimiyyətinin ortaya vahid ideoloji konsepsiya qoya bilməməsi nəticəsində, nəinki, dünya azərbaycanlıları dövlət quruculuğu prosesinə cəlb edilməmişdi, hətta ölkə vətəndaş müharibəsinə sürüklənmişdi.

Məhz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi və vətəndaş müharibəsinin başladığı bir zamanda xalq düzgün seçim edərək millətimizin gələcəyi naminə yorulmadan fəaliyyət göstərən ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etmişdi. Bununla da, ölkədə bütün narahatlıqlara, həyəcanlara son qoyulmuş və 1993-cü il 15 iyun tarixi bütün azərbaycanlılar üçün Milli Qurtuluş günü olmuşdu. Həmin tarixdən etibarən isə müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların vahid ideologiya, bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər görülməyə və uzunmüddətli perspektivlərə hesablanmış siyasət yürüdülməyə başlanmışdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşməsi, onların fəaliyyətləri ilə tanış olması, soydaşlarımızı Azərbaycanda investisiya layihələrində iştirak etməyə dəvət etməsi bu istiqamətdə göstərilən diqqətin bariz nümunəsidir. Diaspor nümayəndələri ilə görüşmək, onların Azərbaycana gəlməsini təşviq etmək ənənəsinin əsasını qoyan ilk dövlət başçımız ulu öndər Heydər Əliyev olmuşdu. Prezident seçildikdən üç ay sonra (1994-cü ilin yanvarında) Ümummilli lider Heydər Əliyev Almaniyada yaşayan soydaşlarımızın bir qrupunu qəbul etməklə böyük bir ənənənin əsasını qoymuşdu. Bu görüşün Avropadakı soydaşlarımızın milli-ictimai fəaliyyətinə təsiri böyük olmuşdu və dövlət-diaspor əlaqələrində yeni mərhələ başlamışdı.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sivil bir dövlətə çevrilməsi, qarşısında duran problemlərin həll olunması, qanunun aliliyinin təsbit olunduğu demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsi üçün bütün dünya ölkələrindəki soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi çətin bir missiyanı üzərinə götürmüşdü. Məhz Heydər Əliyevin produktiv fəaliyyəti, qayğısı və böyük diqqəti sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli maraqları uğrunda daha əzmlə fəaliyyət göstərməyə başlamış, doğma vətənləri ilə əlaqələrini möhkəmləndirmiş, ölkəmizin dövlət quruculuğu prosesində yaxından iştirak etməyə və burada gördükləri real həqiqətləri bütün dünyaya yaymağa başlamışlar.

Ulu öndər Heydər Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyət göstərdiyi ilk illərdə müstəqil dövlətimizin haqq səsini, həqiqətlərini dünya azərbaycanlıları vasitəsilə yaymağı qarşısına məqsəd qoyan xüsusi qurumun yaradılması sahəsində ilk addım atmış, Prezidentin İcra Aparatında Dünya azərbaycanlıları və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş bölməsi yaradılmışdı. Bu instansiya Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş fəaliyyət göstərərək, dünyada yaşayan azərbaycanlılarla əlaqə yaratmış və onların təşkilatlanması, milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görmüşdü. Xaricdə yaşayan soydaşlarımızın ulu öndərlə görüşlərindən sonra müxtəlif sahələrdə qəti addımlar atılmış, onların yaşadıqları dövlətin ictimai-siyasi həyatında fəallıqları artmış, Azərbaycanın taleyüklü problemləri ilə bağlı geniş fəaliyyət göstərilmişdi.

Ümummilli lider Heydər Əliyevin hər il dünya azərbaycanlılarına göndərdiyi tarixi müraciətlərindən mühüm bir cəhət kimi xaricdə yaşayan soydaşlarımız arasında həmrəylik və milli birlik ideyalarının möhkəmlənməsi xüsusi vurğulanırdı. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə qloballaşan, köklü transformasiya dövrünü yaşayan dünyadanın tələblərini öncədən görür və bu səbəbdən xaricdə yaşayan soydaşlarımız arasında möhkəm həmrəyliyi həyati məsələ kimi ortaya qoyurdu. Xaricdə yaşayan soydaşlarımız arasında milli birlik ideyalarının gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş birinci qurultayında da Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdu. Qurultayda proqram xarakterli nitq söyləyən dünya azərbaycanlılarının lideri Heydər Əliyev haqlı olaraq bu tədbirin təşkil edilməsini müstəqil dövlətçiliyimizin böyük tarixi nailiyyəti hesab etdiyini bildirmişdi.

Tarixdə ilk dəfə olaraq, dünya azərbaycanlılarının vətənimizin paytaxtı Bakı şəhərində belə bir mötəbər qurultaya toplanması məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə əlaqələndirilməlidir. Belə ki, 2001-ci il mayın 23-də xüsusi sərəncam imzalayan Ümummilli lider Heydər Əliyev belə bir qurultayın Bakı şəhərində keçirilməsini zəruri hesab etmişdi. Dünya azərbaycanlılarının, xalqımızın həyatında möhtəşəm tarixi hadisə hesab olunan bu qurulatayda 35 xarici dövlətdə yaşayan həmvətənlərimizin birləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmiş, çıxış edən soydaşlarımız bu mühüm tədbiri ümumxalq bayramı kimi qiymətləndirmişdilər.

Qurultayda geniş nitq söyləyən ulu öndər Heydər Əliyev bütün azərbaycanlılar üçün proqram vəzifələr müəyyənləşdirmişdi. Azərbaycanın mühüm problemlərinin həll olunmasında xaricdə yaşayan soydaşlarımızın qüvvəsindən səmərəli istifadə olunması məsələsini prioritet kimi ortaya qoymuşdu: “Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar iqtisadi cəhətdən daha da möhkəmlənib, yaşadıqları ölkələrin iqtisadi-siyasi həyatında fəal iştirak etsinlər, o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər”.

Məhz ulu öndərin təşəbbüsü sayəsində təşəkkül tapmış diaspor hərəkatı getdikcə genişlənərək artıq öz bəhrəsini verməkdə idi. Qurultaydan sonra Azərbaycan diasporunun fəallığı xüsusilə artmışdı. Bunun Ümummilli liderimizin bütün dünya azərbaycanlılarını öz böyüklüyü, müdrikliyi, şəxsiyyəti ətrafında sıx birləşdirə bilməsinin nəticəsi olduğu təkzibedilməz faktdır.

Diasporumuzun inkişafına təsir edən mühüm amillərdən biri də aidiyyatı təşkilatların işinin vahid bir mərkəzdən - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən əlaqələndirilməsi olub. Ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi.

Eyni zamanda, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu diaspor ilə iş istiqamətində fəaliyyətin düzgün qurulması məqsədinə xidmət edir. Bütün göstərilən fəaliyyətinə görə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi haqlı olaraq müstəqil dövlətimizin diaspor quruculuğu siyasətinin banisi hesab edir.

Bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edirlər. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir.

2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün geniş imkanlar yaratdı. İndi fəxrlə demək olar ki, Rusiyada, Avropanın inkişaf etmiş ölkələrində, ABŞ-da, Asiya dövlətlərində azərbaycanlılar daha mütəşəkkil birləşərək bütün səylərini ümumi işin xeyrinə yönəldə bilirlər.

Bu gün Azərbaycan icmaları və cəmiyyətləri ötən illərlə müqayisədə daha fəaldırlar. Onlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatına təsir imkanlarını getdikcə artırır, xarici siyasətimizdə prioritet təşkil edən məsələlərə fəal dəstək verməklə Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirirlər.

Artıq bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi xalqımızın Ümummilli lideri hesab edir. Ümummilli liderimizin diasporamızın qarşısında qoyduğu vəzifələri yerinə yetirirlər. Bununla yanaşı, sevindirici hal ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı uzaqgörən siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Prezident İlham Əliyev bu ilin noyabr ayında Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamaqla bir daha dövlətin diaspora siyasətinin gücləndirilməsində maraqlı olduğuna işarə edib.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “Dünya azərbaycanlılarının ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik”.

İsmayıl Ağayev, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri.

“Yeni Azərbaycan” qəzeti, 12.12.2008.

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009