ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 1

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 1 mart hansı fakt və olaylarla yadda qalıb?

 

1 mart

1920 - Azərbaycanın ilk dovlət informasiya qurumu - Azərbaycan  Dovlət Teleqraf Agentliyi (AzərTAc) fəaliyyətə başlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmisdir.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentliyin tarixi adı bərpa etmişdir.

1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmışdır.

Əlavə bax:

http://azertag.com/

http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2010&Pid=1888

 

1992 – MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının  Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb.

Xocalı qətliamında iştirak etmiş alayın əslində bütün hərbi texnikası bundan öncə ermənilərin əlinə keçmişdi.

Alayın erməni əsilli hərbi qulluqçuları (təxminən 100 nəfər) də Xankəndidə qaldı, qalan şəxsi heyət Tbilisiyə köçürüldü və bundan sonra alay rəsmən ləğv edildi.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-548.html

http://az.wikipedia.org/wiki/Xocal%C4%B1_soyq%C4%B1r%C4%B1m%C4%B1#366-c.C4.B1_alay

 

1992 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Praqadakı rəhbər toplantısında təşkilatın 1992-ci il fevralında Azərbaycan və Ermənistanda səfərdə olmuş ilk missiyanın hazırladığı hesabat əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub.

ATƏM-in (1994-dən ATƏT) Qarabağ münaqişəsi ilə bağlı ilk sənədindən aydın oldu ki, bu təşkilat problemə real və obyektiv yanaşmadan uzaqdır.

Əlavə bax:

http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=566&Itemid=1

 

2004 – Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərə gedib.

Səfər gedişində ikitərəfli sənədlər, o cümlədən prezidentlər tərəfindən "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamə imzalanıb.
Əlavə bax:

http://bizimasr.media-az.com/arxiv_2004/09/musahibe.html#1

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=126&Itemid=43

 

 * * *

Bax:

Bizim təqvimFevral

 

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009