ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 2

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 2 mart hansı fakt və olaylarla yadda qalıb?

 

2 mart

 

1992 – Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub.

Keçmiş SSRİ respublikalarının təşkilata qəbulu hələ 1991-ci ilin sentyabrında BMT Baş Assambleyasının 46-cı sessiyasında gündəmə gəlmiş və həmin vaxt Baltikyanı respublikalar (Litva, Latviya, Estoniya) BMT-yə qəbul edimişdi.

Rusiya, Ukrayna və Belarus hələ SSRİ dövründən formal olaraq BMT-nin üzvü idi və  Sovet İttifaqının süqutu ilə avtomatik olaraq bu statusu əldə etdilər. Qalan 9 müttəfiq respublika barəsində qərar isə sonraya saxlanılmışdı.

1992-ci il martın 2-də Baş Assambleya keçmiş SSRİ-nin 8 respublikasını (Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Moldova) BMT-yə qəbul etdi.

Gürcüstanda Qamsaxurdia iqtidarının devrilməsindən sonra legitim hakimiyyət bərqərar olmadığı üçün Baş Assambleya bu respublika barəsində qərarı bir qədər sonra, 1992-ci il iyulun 31-də qəbul etdi.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-552.html

http://www.un.org/ru/members/


2005 – Tanınmış jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov Bakıda qətlə yetirilib.

Hadisə geniş ictimai, beynəlxalq rezonans doğurdu.

Prezident İlham Əliyev jurnalistin qətlini ölkədə ictimai-siyasi sabitliyə və söz azadlığına qarşı yönəlmiş addım, demokratik inkişafa vurulmuş zərbə kimi qiymətləndirdi.

Ötən müddətdə istintaq hərəkətləri davam etdirilsə də, Elmar Hüseynovun qətlinin üstü açılmayıb.

Əlavə bax:

http://www.big.az/forum/lofiversion/index.php/t6041.html

http://www.monitorjournal.com/index.html

http://www.musavat.com/new/Media/71227

 

 * * *

Bax:

1 mart

 



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009