ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Bizim təqvim > Mart > 6

Tarixdə bu gün: Azərbaycan

 

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub. Bu bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə həmin kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 6 mart hansı fakt və olaylarla yadda qalıb?

 

6 mart

 

1917 – Bakıda əsgər, zabit və fəhlə deputatları sovetləri yaradılmağa başlayıb.

Bu, Rusiyadakı Fevral burjua inqilabı (27 fevral 1917) və çarizmin süqutundan sonra bolşeviklərin Bakıda hakimiiyətə gəlmək yönündə ilk addımı idi.

Əlavə bax:

http://www.telebe.az/az_lang.php?sayt=showfull&id=1233386690&archive=&start_from=&ucat=17&go=xerite

http://www.rasulzade.org/ideology/5_28.html

 

1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının sədri, “Müsavat” partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə Ankarada 71 yaşında vəfat edib.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdu.

1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə getmiş, Türkiyədə, həmçinin 1930-1940-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik etmiş, "Azərbaycan" dərgisini nəşr etdirmişdi.

Ankarada Əsri qəbristanlığında dəfn edilib.

Əlavə bax:

http://www.resulzade.org/

http://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d_%C6%8Fmin_R%C9%99sulzad%C9%99

http://azerbaycanli.org/az/page47.html

 

1990 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti «Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında» qərar qəbul edib.

Lakin bu cür formal qərarlarla Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərinin qarşısını almaq mümkün deyildi.

Əlavə bax:

http://azerbaycanli.org/az/news-540.html

 

1992 – Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında hakimiyyət dəyişikliyi baş verib.

Martın 5-də Ali Sovetin sədri vəzifəsindən getmiş Elmira Qafarovanın ardınca prezident Ayaz Mütəllibov da istefa verməyə məcbur olub.

Ali Sovetin sədri Yaqub Məmmədov, eyni zamanda, prezident səlahiyyətlərini icra etməyə başlayıb.

1992-ci il mayın 18-də Xalq Cəbhəsinin hakimiyyəti ələ alması ilə Yaqub Məmmədov vəzifəsindən kənarlaşdırıldı.

Əlavə bax:

http://www.azadliq.org/content/backgrounderembedded/369258.html

http://e-qanun.az/files/framework/data/7/f_7110.htm

 

1994 – Azərbaycan prezidenti Heydər Əliyev Çin Xalq Respublikasına rəsmi səfərə gedib.

Səfər gedişində ikitərəfli sazişlər imzalandı, Çin rəhbərləyi Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

Əlavə bax:

http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=103&Itemid=43

 

 * * *

Bax:

►5 mart



Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009